IQNA

Əli Əkbər Vilayəti: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir”

13:51 - October 06, 2020
Xəbər sayı: 3488303
İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Qarabağda gedən müharibəyə münasibət bildirib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Gənc Jurnalistlər Cəmiyyəti” xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsini tərk etməsinin lazım olduğunu bildirib.

İranın “Gənc Jurnalistlər Cəmiyyəti” agentliyinə müsahibə verən Əli Əkbər Vilayəti Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı danışıb.

“Beynəlxalq qaydalara əsaslanan ölkələrin ərazi bütövlüyü prinsipinə hörmət edirik. Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olaraq, bu mövzuda israr edirik, xüsusilə qarşıdurmada olan iki ölkə şimal qonşularımız olduğu halda.

Azərbaycanın yeddi şəhər işğal olunub. Bu mövzuda BMT tərəfindən dörd qətnamə təsdiq edilib. Bütün bunlar Ermənistanın işğal olunmuş ərazilərini tərk edərək, beynəlxalq sərhədlərinə çəkilməsini tələb edir”.

Vilayəti bütün BMT-yə üzv ölkələrinin bu qətnamələrə tabe olmalarının zəruriliyini vurğulayıb:

“Biz Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmasını istəyirik. Təxminən bir milyon azərbaycanlı işğal səbəbindən torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Bu insanlar öz torpaqlarına qayıtmalıdırlar”. /7516756

 

 

captcha