İQNA - İran İslam Respublikasının 2025-ci ildə 41-ci Beynəlxalq Qurani-Kərim yarışı bazar günü, yanvarın 26-da İmam Rzanın (ə) hərəmində yerləşən Qüds salonunda mərasimlə başlayacaq. 27 ölkədən 57 qari, tərtil oxuyan və Quran hafizinin iştirakı ilə keçirilən müsabiqənin bu mərhələsi cümə günü, yanvarın 31-də kişi və qadın bölmələrində Quranın hamısını əzbərləmə, təhqqiq qiraəti və tərtil oxuma sahələrində ən yüksək nəticə göstərənlərin təqdir olunması mərasimi ilə yekunlaşacaq.