quran - Səhifə 2

IQNA

İQNA – Kral Əbdüləziz adına 46-cı Beynəlxalq Quranın hifzi, qiraəti və təfsiri müsabiqəsinin üçüncü günündə münsiflər heyəti iştirakçıların tilavətlərini dinləyib.
Xəbər sayı: 3500945   Nəşr tarixi : 2026/08/12

İQNA – İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında fəaliyyət göstərən Qurani-Kərim Elmi Məclisi Peyğəmbər-Əkrəmin (s) vəfatının ildönümü ilə eyni vaxta təsadüf edən günlərdə Dəvaniyyə vilayətində iki Quran stansiyası vasitəsilə Qurani xidmətlər göstərməyə başlayıb.
Xəbər sayı: 3500942   Nəşr tarixi : 2026/08/11

İQNA – Əl-Əzhərin İslam Araşdırmaları Akademiyası "Şübhələr və cavablar" adlı silsilə iclasların üçüncüsünü keçirərək, İslamın ilk dövrlərində Quranın toplanması və yazılması prosesində ayələrin itirilməsi və ya ona qeyri-mötəbər mətnlərin əlavə olunması barədə iddiaları rədd edib.
Xəbər sayı: 3500941   Nəşr tarixi : 2026/08/11

İQNA – İmam Əli (ə) hərəminin nəzdində fəaliyyət göstərən Darul-Quranil-Kərim mərkəzi, iştirakçıların Quran məqamları haqqında biliklərini artırmaq və bacarıqlarını təkmilləşdirmək məqsədilə 120 yeniyetmənin iştirakı ilə ixtisaslaşdırılmış müsabiqə təşkil edib.
Xəbər sayı: 3500940   Nəşr tarixi : 2026/08/11

İQNA – Məkkədəki Hira mədəniyyət məhəlləsində yerləşən "Qurani-Kərim" muzeyi, təxminən hicri XII əsrə (miladi XVIII əsr) aid olan Quranın nadir və qiymətli bir nüsxəsini nümayişə çıxarıb.
Xəbər sayı: 3500939   Nəşr tarixi : 2026/08/11

İQNA – Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən 46-cı Beynəlxalq Quran Müsabiqəsinin ikinci günündə 28 ölkədən 33 kişi və qadın iştirakçı bir-biri ilə yarışıb.
Xəbər sayı: 3500936   Nəşr tarixi : 2026/08/11

İQNA – Dünya Müsəlman Alimləri Birliyinin sədri Əli əl-Qərədaği alim və mücahid Şeyx Məhəmməd Səid Kəbbaşın vəfatı ilə bağlı Əlcəzair xalqına və İslam ümmətinə başsağlığı verib.
Xəbər sayı: 3500931   Nəşr tarixi : 2026/08/10

İQNA – Mahmud Həsən Əşrəfi, Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən 46-cı Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsində iştirak edən banqladeşli görmə qüsurlu yeniyetmədir.
Xəbər sayı: 3500930   Nəşr tarixi : 2026/08/10

İQNA – "Kürdlər və Quran dili" adlı sənədli film, iraqlı rejissor və prodüser Heydər Qəninin Kürdüstan bölgəsində çəkdiyi yeni layihəsidir.
Xəbər sayı: 3500926   Nəşr tarixi : 2026/08/09

İQNA – “Ey iman gətirənlər! Allaha və Peyğəmbərə xəyanət etməyin!” (Ənfal surəsi, ayə 27. Bu ayə möminlərə açıq və qəti bir xəbərdarlıqdır: Allahın qoyduğu hökmlərə, Peyğəmbərin (s) gətirdiyi risalətə və ümumi olaraq ilahi əmanətə xəyanət etmək imanla bir araya sığmır. Ayə həm fərdi sədaqəti, həm də ictimai məsuliyyəti vurğulayır — insanın davranışı yalnız özünə deyil, bütövlükdə ümmətə təsir edir.
Xəbər sayı: 3500924   Nəşr tarixi : 2026/08/09

İQNA – “Və sənə bu Kitabı nazil etdik ki, hər bir şeyi açıqlayan olsun” (Nəhl surəsi, ayə 89). Bu ayə Qurani‑Kərimin, bəşəriyyət üçün hərtərəfli yol göstərən və həyatın bütün sahələrinə dair hidayət verən ilahi kitab olduğunu vurğulayır.
Xəbər sayı: 3500923   Nəşr tarixi : 2026/08/09

İQNA – Fars dilində tarix qoyulmuş ən qədim tam Quran nüsxəsi olan “Quran Zəfərani”nin təqdimetmə mərasimi İran Milli Kitabxanasının Hikmət zalında ölkənin elmi və mədəni simalarının iştirakı ilə keçirildi.
Xəbər sayı: 3500921   Nəşr tarixi : 2026/08/09

İQNA – Beynəlxalq Quran qarisi Məhəmməd Cavad Pənahinin müqəddəs “Tövbə” surəsinin 111–112-ci ayələrindən və “Nəsr” surəsindən İmam Rzanın (ə) müqəddəs hərəmində etdiyi tilavət “İQNA”-nın oxucularına təqdim olunur.
Xəbər sayı: 3500918   Nəşr tarixi : 2026/08/09

İQNA – İranın beynəlxalq səviyyədə tanınmış Quran qarisi Məhəmməd Cavad Kaşifi Məşhəddə İmam Rzanın (ə) müqəddəs hərəmində “Şura” surəsinin 17–22-ci ayələrini, həmçinin “Əsr” surəsini tilavət edib. Onun bu tilavətinin audioyazısı “İQNA”-nın oxucularına təqdim olunur.
Xəbər sayı: 3500917   Nəşr tarixi : 2026/08/09

İQNA – Bütün övladları Quran hafizi olan misirli bir ailə “Tilavət Dövləti” adlı televiziya Quran yarışmasının ikinci mövsümündə iştirak edərkən diqqətləri öz üzərinə çəkib.
Xəbər sayı: 3500915   Nəşr tarixi : 2026/08/09

İQNA – İmam Hüseyn (ə) müqəddəs hərəminin Darül-Quran mərkəzi, Ərbəin münasibəti ilə Nəcəf Elmi Hövzəsinin əməkdaşlığı ilə qurulan Quran stansiyaları layihəsini 80 mindən çox zəvvara xidmət göstərməklə başa çatdırıb.
Xəbər sayı: 3500909   Nəşr tarixi : 2026/08/08

İQNA – 46-cı “Kral Əbdüləziz” adına beynəlxalq Quranı hifz, qiraət və təfsir müsabiqəsinin ilkin mərhələsi dünən, avqustun 7-də 133 ölkədən 334 iştirakçının (qadın və kişi) iştirakı ilə Məkkədə başlayıb.
Xəbər sayı: 3500908   Nəşr tarixi : 2026/08/08

İQNA – Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən “Gündüzbəyi” su təchizatı qurğuları Quran səsini heç vaxt kəsilmədiyi bir məkana çevrilib. Bu, otuz ildən çoxdur ki, gecə-gündüz fasiləsiz olaraq davam edən bir ənənədir.
Xəbər sayı: 3500905   Nəşr tarixi : 2026/08/08

İQNA – İsrail rejiminin daxili təhlükəsizlik nazirinin göstərişi ilə Nəqəb həbsxanasının əməkdaşları həbsxanaya basqın zamanı Quran nüsxələrini müsadirə edərək, hər bölmə üçün cəmi bir nüsxə saxlayıblar.
Xəbər sayı: 3500902   Nəşr tarixi : 2026/08/07

İQNA – Qətərdəki "Katara" Mədəniyyət Fondu 10-cu Beynəlxalq Televiziya Quran Tilavəti ("Katara" Mükafatı) müsabiqəsində iştirak üçün qeydiyyatın başladığını elan edərək yarışma ilə bağlı ətraflı məlumat yayıb.
Xəbər sayı: 3500901   Nəşr tarixi : 2026/08/07