IQNA

Ər-Riyadda köhnə Quranlar təkrar istifadə üçün toplanır

7:20 - February 14, 2024
Xəbər sayı: 3495463
İQNA - Səudiyyə Ərəbistanının Dini İşlər Nazirliyi Ər-Riyadda təkrar istifadə üçün 2599 cild köhnə Quranın toplandığını bildirib.

"İQNA", "Əl-Yəvm" saytına istinadən xəbər verir ki, nazirlik köhnə Quranlara hörmət çərçivəsində paytaxtda könüllü layihə həyata keçirib.

Bu layihədə 312 saat çalışan 39 könüllü qadın və kişi 2599 cild Qurani-Kərimi toplayaraq köhnə Quran baxım mərkəzinə çatdırıblar.

Köhnə Quran Baxım Mərkəzi bu şəhərdəki 82 məsciddə yenilənmiş Quranları yenidən istifadəyə verib.

4199487

captcha