IQNA

İraqda Ramazan ayı üçün xüsusi zikr və hədis məclisləri keçiriləcək

7:28 - February 12, 2024
Xəbər sayı: 3495452
İQNA – İraqın Vəqflər Nazirliyi Ramazan ayında bu ölkədəki məscidlərdə zikr və hədis məclislərinin keçiriləcəyini açıqlayıb.

"İQNA", "Iraq News" saytına istinadən xəbər verir ki, İraqın mindən çox məscidində Ramazan ayının başlaması ilə eyni vaxtda, hər cümə axşamı günorta namazından sonra həftəlik zikr və hədis məclisləri keçiriləcək.

Nazirlik açıqlamasında bu məclislərin təşkili ilə Ramazan ayında imanın güclənəcəyini və mənəvi atmosferin yaradılacağını bildirib.

Həmçinin nazirlik müxtəlif məqamlarda məşhur dua və zikrlərin təqdim ediləcəyini və müxtəlif aspektlərdən izah ediləcəyini açıqlayıb.

Bundan əlavə, bu ölkədə Peyğəmbərimizin (s) mövludu münasibəti ilə keçirilən mərasimdə Qurani-Kərimin İslam dininin və İslam şəriətinin əsası olduğu, Allahın əbədi kitabı və ən böyük möcüzə olduğu bildirilmişdir.

Mərasimdə Kazimeyn türbəsinin qariləri Qurani-Kərim, ilahi qrupu isə Peyğəmbəri (s) mədh edən mədhiyyələr oxuyublar.

4198987

Teqlər: İraq ، zikr etmək ، dua ، ramazan ayı
captcha