IQNA

Mərakeş 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq

12:07 - January 29, 2024
Xəbər sayı: 3495385
İQNA – Məğribin elm paytaxtı olan Mərakeş 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı olaraq bir sıra mədəni, intellektual və bədii proqram və tədbirlərə ev sahibliyi edəcək.

"İQNA", Məğrib Dövlət Xəbər Agentliyinin Əl-Xəlic saytına istinadən xəbər verir ki, “İslam dünyasının 2024-cü il mədəniyyət paytaxtı Mərakeş”in açılış mərasimi şənbə günü Kral VI Məhəmmədin dəstəyi ilə həyata keçirilib.

Mərakeş şəhəri 1985-ci ildən bəri UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs siyahısındadır və “Mərakeş bərpa olunan bir metropoldür” proqramı sayəsində davamlı sivilizasiya inkişafını yaşayır.

Mərasimdə İSESKO-nun baş direktoru Səlim ibn Məhəmməd Əl-Malik, Məğribin gənclər, mədəniyyət və kommunikasiya naziri Məhəmməd Mehdi ibn Səid, bir çox ərəb və İslam ölkələrinin səfirləri iştirak ediblər.

“Mərakeşin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi bu şəhərin yaşadığı inkişaf və mədəni dinamizmi təsdiqləyir”. Mərakeşin gənclər, mədəniyyət və kommunikasiyalar naziri bildirib ki, bu mərasim şəhəri və Mərakeş irsini dünyaya daha yaxşı tanıtmaq üçün bir fürsətdir.

  4196287

captcha