IQNA

İsveçdə ifrat sağçı partiya məscidlərin sökülməsinə çağırış edib

7:47 - January 20, 2024
Xəbər sayı: 3495325
İQNA – İsveçdəki ifrat sağçı İsveç Demokratlar Partiyasının lideri Cimmi Akesson çıxışında ölkədə yeni məscidlərin tikintisinə icazə verilməməsinə və mövcud məscidlərin sökülməsinə çağırıb.

"İQNA", "Əl Cairo24" saytına istinadən xəbər verir ki, İslam və müsəlmanlara qarşı zorakı ekstremizmin şahidi olan bir ölkə kimi İsveçdə ifrat sağçı partiyanın liderinin verdiyi açıqlama çoxlu mübahisələrə səbəb olub.

Akesson ötən şənbə çıxışında "anti-İsveç" mesajları daşıyan məscidləri sökmək istədiyini bildirib. "Biz həmçinin antidemokratik, anti-İsveç, homofob, antisemitizm təbliğatının və ya ümumi dezinformasiyanın yayıldığı məscidləri ələ keçirib dağıdmağa başlamalıyıq" deyib.

İsveçin baş naziri Kristersson ifrat sağçıların məscidləri dağıtmaq çağırışını qınayıb və “İsveçdə ibadət yerlərini dağıtmırıq” deyib.

Cimmi Akesson karyerasına 1997-ci ildə İsveç Milli Demokratik Təşkilatında işləməyə başlayıb və orada partiyanın idarə heyətinə üzv seçilib. Partiyanın kommunikasiya şöbəsində fəal rol oynayıb. O, 2005-ci ildə partiyanın sədri seçilib və onun rəhbərliyi altında İsveç Demokratları İsveç siyasətində ən böyük və mühüm partiyalardan birinə çevrilib.

4194490

Teqlər: İsveç ، İslam ، islamofobiya ، məscid
captcha