IQNA

İsveçdə terror təhlükəsi səviyyəsi yüksək olaraq qalır

11:45 - January 09, 2024
Xəbər sayı: 3495270
İQNA – İsveç kəşfiyyat agentliyi verdiyi açıqlamada bu ölkədə terror təhlükəsi səviyyəsinin hələ də yüksək olduğunu açıqlayıb.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, İsveçdə Quran yandırma hərəkətləri və İslam dünyasından gələn reaksiyalardan sonra bu ölkə təhlükəsizlik təbili çalıb.

İsveç Kəşfiyyat İdarəsi ötən il terror təhlükəsi səviyyəsinin qiymətləndirilməsinin hələ də beş ballıq ölçü üzrə dördüncü səviyyədə olduğunu bildirib.

Həmçinin bildirilib ki, İsveçin anti-islam ölkəsi kimi imici radikalların terror təhlükəsinin artmasına böyük töhfə verib.

İsveç Kəşfiyyat İdarəsi bildirib ki, illik qiymətləndirməsi İsveçin ekstremistlər üçün prioritet hədəf olaraq qaldığını və təhlükənin ayrı-ayrılıqda fəaliyyət göstərən şəxslərdən, eləcə də xarici təşkilatlar tərəfindən idarə oluna bilən qruplardan gəldiyini göstərib.

İsveç 2023-cü ilin avqustunda Qurani-Kərimin təhqir olunması hallarından sonra təhlükəsizlik xəbərdarlığı səviyyəsini artırıb.

Bu ölkənin tolerantlıq və multikulturalizm reputasiyasına baxmayaraq, cəmiyyətin müxtəlif təbəqələrində müsəlmanlara qarşı ayrı-seçkilik və qərəzli münasibət halları davam edir.

İsveçdə son illər anti-müsəlman əhval-ruhiyyəsində narahatlıq doğuran artım müşahidə olunur. Bu, çox vaxt yanlış inanclardan və İslam dini və onun ardıcılları haqqında anlayış və məlumatsızlıqdan qaynaqlanır.

İsveçdə azlıq təşkil edən bir çox müsəlmanın sözlü təzyiq və bəzən fiziki hücumlara məruz qaldığını bildirib.

4192777

captcha