IQNA

İraqda 14-cü Quran müsabiqəsi başlayıb

2:35 - December 28, 2023
Xəbər sayı: 3495195
İQNA – İraqda keçirilən 14-cü elit milli Quran müsabiqəsi əzbər və qiraət sahələrində başlayıb.

"İQNA"-nın İraqdan verdiyi xəbərə görə, beynəlxalq müsabiqədə iştirak etmək üçün seçilmiş şəxsləri tanıtmaq məqsədi ilə İraqda Qurani-Kərimin hifzi və qiraəti üzrə milli müsabiqəsinin 14-cü mərhələsi bu çərşənbə səhər başlayıb.

Bu müsabiqə İraqın Şiə Vəqfləri İdarəsinə bağlı Milli Quran Elmləri Mərkəzi və Kazimiyyə hərəminin Baş Katibliyi ilə əməkdaşlıq çərçivəsində “İraqı təmsil etmək hər kəs üçün şərəfdir” şüarı ilə keçirilir.

Milli Quran Elmləri Mərkəzinin direktoru və yarışları təşkil edən ali komitənin rəhbəri Rafi Əl-Ömərinin sözlərinə görə, yarışların bu mərhələsi final müsabiqəsi üçün 60 nəfər seçilənə qədər bir qrup qari və hafizlərin iştirakı ilə keçiriləcək.

Bu yarışların qalibləri İraqa gələn dəvətlər əsasında beynəlxalq yarışlara göndəriləcək.

4190360

captcha