IQNA

İsveç hakiminin sosial şəbəkələrdə İslam əleyhinə paylaşımları tənqid edilib

17:22 - December 23, 2023
Xəbər sayı: 3495159
İQNA – İsveç hakiminin sosial şəbəkələrdə fəaliyyəti, İslam əleyhinə və irqçi yazılar dərc etməsi bu ölkədəki bir qrup hakim və hüquqşünas tərəfindən tənqid edilib.

"İQNA", "Əlkompis" saytına istinadən xəbər verir ki, İsveç hakimləri və vəkilləri Uppsala məhkəməsinin hakimini sosial şəbəkələrdə irqçi və anti-islam ifadələri ehtiva edən paylaşımlarına görə tənqid ediblər.

SVT telekanalının məlumatına görə, hakimin mübahisəli paylaşımlarında “Şəriət polisi”, baş örtülü qadın polis məmuru haqqında şərhlər və onun ətraf mühit fəalı Qreta Tunberqi “Həmas döyüşçüsü” kimi təsvir etdiyi yer alıb.

Uppsala Rayon Məhkəməsinin sədri Katrina Parkithorpe deyib ki, hakimin sözləri işlədiyi Uppsala Rayon Məhkəməsinin reputasiyasına ciddi zərbə vurub.

O, həmçinin bildirib ki, hakimin öz fikrini bildirmək hüququ var və ən əsası odur ki, bu rəylər onun verdiyi qərarlara təsir göstərməsin.

Həmçinin Uppsala Rayon Məhkəməsinin sədri bildirib ki, hakimin taleyini hakimlərə qarşı intizam tənbehi tətbiq etmək səlahiyyətinə malik olan Statens ansvarsnəmnd dövlət müşahidə şurası müəyyən edəcək.

Bu çərçivədə bir qrup vəkil hakimə qarşı cinayət işi açmağı planlaşdırdıqlarını bildirərək, müsəlmanlarla bağlı işlərdə öz baxışlarına görə ədalətsiz cəza riskinin olduğunu açıqlayıb.

4189310

captcha