IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 53

Qurani-Kərimdə şeytanın adı niyə təkrarlanır?

10:12 - October 31, 2023
Xəbər sayı: 3494938
TEHRAN (İQNA) – Qurani-Kərimin ayələrinə nəzər saldıqda görərik ki, şeytan insanların və xalqların qəlbinə nüfuz etmək üçün müxtəlif yol və üsullardan istifadə edir.

Şeytan Allaha asi olub Həzrət Adəmə (ə) səcdə etməkdən imtina etdikdən sonra cənnətdən qovulmuşdur. Sonra bütün insanları azdıracağına and içdi. Bu məsələ “Kəhf” surəsinin 50-ci ayəsində belə qeyd olunur: “Və bir zaman mələklərə: “Adəmə səcdə edin” demişdik; İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi, Rəbbinin əmrinə qarşı çıxdı. İndi mənim yerimə onu və onun arxasınca gedənləri dost tutursan? Halbuki onlar sizin düşmənlərinizdir. Zalımlar üçün nə pis seçimdir!”

Qurani-Kərimin bir çox surələrində şeytanın insanın düşməni olduğu və məqsədinin insanları Allahın təyin etdiyi yoldan azdırmaq olduğu vurğulanan bir çox ayələr bəyan edilmişdir. Necə ki, "Əraf" surənin 16-17-ci ayələrində deyilir: “İblis dedi: “Bundan sonra məni azdırmağıma icazə verməyin müqabilində and içirəm ki, onları azdırmaq üçün sənin düz yolunun üstündə oturacağam”.

“Sonra mütləq onlara ön və arxa, sağ və sol tərəfdən hücum edəcəyəm və sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.

 Şeytan əvvəldən bütün gücü və alətləri ilə insanlara qarşı düşmənçilik etməyə başlamışdır. Şeytanın öz pıçıltıları ilə yoldan çıxartdığı ilk qurbanlar Həzrət Adəm Peyğəmbər (ə) və Həvva oldu. “Əraf” surəsinin 20-ci ayəsi: “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir."

Bu, bəşəriyyətin Şeytanla mübarizəsində qarşılaşdığı ilk və ən böyük sınaq idi. Sonralar şeytanın müxtəlif vəsvəsələri ilə üzləşmiş və İlahi imtahana məruz qalmışdır.

3539739

captcha