IQNA

İsveç polisi məsciddə yanğınla bağlı araşdırma aparır

10:25 - September 30, 2023
Xəbər sayı: 3494803
STOCKHOLM (IQNA) – İsveç polisi bu ölkədə məscidin qəsdən yandırılmasını araşdırır.

"İQNA", "London Ərəb" saytına istinadən xəbər verir ki, İsveç polisi ölkənin mərkəzindəki Skylstona şəhərində məscidin qəsdən yandırılması aktı ilə bağlı araşdırmaya başlayıb.

İsveç polisi bu məsələ ilə bağlı öz internet səhifəsində hesabat dərc edib və elan edib: "Bu məsciddə baş verən yanğınla bağlı istintaq davam edir. Polis şahidləri dindirəcək və ərazidə müşahidə kameraları varsa, bu kameraların görüntüləri də yoxlanılacaq".

Bu qəsdən yanğınla bağlı AFP-yə müsahibə verən İsveç polisinin sözçüsü deyib: "Bazar ertəsi günortadan sonra Stokholmdan təxminən 100 kilometr qərbdə yerləşən Skylstona şəhərindəki məsciddə yanğın baş verib, heç bir itki yoxdur və heç kim hələ həbs olunmayıb.

Məscidin sözçüsü Ənəs Dineş AFP-yə deyib: "Məscid demək olar ki, tamamilə dağılıb və heç bir şeyi təmir etmək mümkün deyil. İsveç fövqəladə hallar xidmətinin rəsmilərinin bildirdiyinə görə, yanğın əsas binanı bürüyüb və damın uçmasına səbəb olub".

4171638

captcha