IQNA

İraqlı Quran əzbərləyən tələbələr təhsil haqqını ödəməkdən azad edilib

10:59 - July 27, 2023
Xəbər sayı: 3494524
BAĞDAD (IQNA) – İraqın təhsil naziri bu ölkədə Quran əzbərləyən tələbələrin təhsil haqqını ödəməkdən azad edilməsi barədə göstəriş verib.

"İQNA", "Middle East News"-a istinadən xəbər verir ki, İraqın Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyi çərşənbə axşamı açıqlamasında belə deyib: "İraqın ali təhsil və elmi araşdırmalar naziri Naim Əl-Əbudi bu ölkənin bütün universitetlərinin şuralarına Qurani-Kərim hafizlərini hökumətin gecə-gündüz kurslarında və pulsuz kurslarda təhsil haqqı ödəməkdən azad etməyi əmr edib".

Qeyd edək ki, çoxlu Quran hafizi olan tələbə İraqda təhsil alır. Hər il yüzlərlə Quran öyrənən bu ölkənin Quran mərkəzlərində vəhy sözlərini əzbərləməyə müvəffəq olur.

4158083

captcha