IQNA

İsveçdə bu dəfə İran səfirliyi qarşısında Qurana hörmətsizlik ediləcəyi bildirilib

19:24 - July 25, 2023
Xəbər sayı: 3494518
STOKHOLM (IQNA) – İsveç və Danimarkada Quranın bir nüsxəsini təhqir etməsindən sonra iraqlı Selvan Momika İsveç polisindən gələn şənbə günü İran İslam Cümhuriyyətinin Stokholmdakı səfirliyi qarşısında toplaşmaq və Quranın bir nüsxəsini yandırmaq üçün icazə verilməsini istəyib.

"İQNA", İsveç İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, mübahisəli iraqlı Selvan Momika, bir daha Stokholmda Qurani-Kərimin nüsxəsini yandırmaq niyyətində olduğunu bəyan edib. Lakin bu dəfə onu İran İslam Cümhuriyyətinin səfirliyi qarşısında edəcəyini bildirib.

Stokholm polisi mübahisəli mitinq keçirmək üçün yeni icazə sorğusu alıb. Bu tələbi Selvan Momika edib. O, daha əvvəl Stokholmun mərkəzi məscidi və İraq səfirliyi qarşısında Quranı yandırmaq kimi təhqiramiz hərəkətlər etmişdi.

İslam ölkələrinin diplomatik təqibinə və İsveçdə və xaricdə geniş qınaqlara baxmayaraq, İsveçdə yaşayan İraq əsilli Selvan Momika yenidən Quranı yandırmaq istəyir.

Bu hərəkətlər beynəlxalq hiddətə səbəb olub və İsveçlə İslam ölkələri arasında münasibətlərdə böyük diplomatik böhran yaradıb. Səudiyyə Ərəbistanı, Qətər və İran kimi ölkələr etiraz etmək üçün İsveç səfirlərini çağırıb. İsveçin İraqdakı səfirliyi etirazçılar tərəfindən hücuma məruz qalıb. İran İsveçin yeni səfirinin onun ərazisinə daxil olmasına mane olub.

İsveç mətbuatının yazdığına görə, İranın İsveçdəki səfirliyi bununla bağlı İsveç hökumətindən izahat istəyib, lakin hələlik İsveç tərəfdən heç bir məlumat dərc edilməyib.

İran İslam Cümhuriyyətinin əldə etdiyi məlumatlar göstərir ki, Selvan Momika Avropa ölkələrindən iqamətgah almaq ümidini itirərək işğalçı rejim ilə əlaqə yaratmaq və sionist casus aparatı üçün effektivliyini sübut etmək üçün geniş miqyaslı cəhdlərə başlayıb. O, İslam ölkələrində, xüsusən də İranda və İraqda gərginlik yaratmaq istəyir. Çünki əvvəllər, xüsusilə Neynəva vilayətində İraq müqavimət qruplarının qərargahına və liderlərinə qarşı casusluq etmək Selvan Momikaya həvalə edilmiş missiyalardan biri idi.

İndi ki, sionist rejim çoxlu böhranlarla üz-üzədir və dağılır; Quranları əvvəlkindən çox yandıracaq və bu kimi hərəkətləri edəcək. İslam dünyasının oyanışı bütün müsəlmanların ortaq nöqtəsi olmalıdır; Bütün müsəlmanlar, xüsusilə də beynəlxalq islami təşkilat və qurumlar, alimlər, mütəfəkkirlər və İslam dünyasının universitetlərinin savadlı təbəqəsi bu hadisəni pisləyir və sionist rejimə qarşı birləşirlər. Ayıqlıq və birlik dünya müsəlmanlarının birinci vəzifəsidir. Çünki İslam həmişə dialoqa, qarşılıqlı fəaliyyətə və dinc yanaşı yaşamağa dəvət edir.

İsveç Krallığı da bilməlidir ki, söz və fikir azadlığını müdafiə etmək bəhanəsi ilə bu cinayətə icazə vermək əməli olaraq dünyada iki milyarddan çox müsəlmanın müqəddəs əqidə və pak hisslərinə qarşı çıxması deməkdir.

 

captcha