"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Nazirlik öz "Twitter" səhifəsində yazıb: "İsveçdə Quranın yandırılması ilə bağlı mənfur hərəkəti qətiyyətlə pisləyirik".
O, əlavə edib: "Biz səlahiyyətlilərdən istəyirik ki, cinayətkarlara qarşı bütün lazımi tədbirləri görsünlər və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını alsınlar".
Cümə axşamı səhər tezdən bir qrup iraqlı, İraq əsilli İsveç sakini olan gənc Selvan Momika tərəfindən Quranı yenidən yandırmasına etiraz ediblər. Ölkənin Bağdaddakı səfirliyinə basqın edərək, onun bəzi hissələrini yandırıblar.
4156850