IQNA

İraqda tələbələrin milli Quran müsabiqəsi başlayıb

23:55 - March 13, 2023
Xəbər sayı: 3493847
İraqda Quranı əzbərləmək, qiraət etmək və təfsir etmək üzrə 6-cı milli müsabiqə martın 13-də səhər saatlarında Kərbəlada Varisul-Ənbiya Universitetinin təşkilatçılığı ilə açılıb.

"İQNA", İmam Hüseynin (ə) hərəminin xəbər bürosuna istinadən xəbər verir ki, İmam Hüseynin (ə) hərəminin Quran İnformasiya Mərkəzinin rəhbəri Karrar Əl-Şəmri bu xəbəri açıqlayıb və deyib: "Bu müsabiqənin fəaliyyəti Darul-Qurana bağlı Quran Təhsil Mərkəzinin İraq universitet və müəssisələrindəki Quran milli planının bir hissəsidir. Sözügedən müsabiqə İraqın 20 universitetindən 80-dən çox tələbənin iştirakı ilə keçirilir".

O əlavə edib: "İraqda Quranın hifzi, qiraəti və təfsiri üzrə altıncı milli müsabiqənin açılış mərasimi martın 13-də səhər İmam Hüseynin (ə) hərəminin qarisi Hacı Adil Əl-Kərbəlainin tilavəti ilə başlayıb. Daha sonra Varisul-Ənbiya Universitetinin prezidenti İbrahim Səid Əl-Hiyavi bu müsabiqənin keçirilməsinə və İraqda Quran proqramlarına diqqət yetirdiyinə görə bu hərəmin Darul-Quranına təşəkkürünü bildirib".

Sözügedən yarış iki mərhələdə və iki bölmədə səhər və axşam dörd gün ərzində martın 15-nə qədər davam edəcək.

4127963

captcha