"İQNA", xəbər verir ki, Şəhidlər ağası həzrət Hüseynin (ə) və vəfalı səhabələrinin şəhadət günləri münasibəti ilə Kərbəlada xüsusi ab-hava var. Bu münasibətlə Beynül-hərəmeynə, İmam Hüseynin (ə) pak hərəminə və Həzrət Əbülfəzlin (ə) müqəddəs hərəminə qara parçalar vurulub.
Hərəmlərə İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) ad və ləqəbləri ilə bəzədilmiş matəm bayraqları taxılıb. Beləliklə, bu hərəmlər Kərbəlaya gələcək çoxlu qara geyinmiş əzadarları qarşılamağa hazırlanıb.
4073442