IQNA

İlahi peyğəmbərlərin missiyası

9:42 - July 08, 2022
Xəbər sayı: 3492521
Allah insanları yaratdıqdan sonra onların hər dövrdə və hər vəziyyətdə doğru yolda olmaları üçün onların arasında yolgöstərənlər qərar verdi. Peyğəmbərlər öz ilahi missiyalarını yerinə yetirmək üçün bir-birinin ardınca gələn yolgöstərənlərdir.

"İQNA", xəbər verir ki, Höccətül-islam vəl-müslimin Əbdül-Əmir Sultani ilahi peyğəmbərlərin missiyası barədə deyib:

Allahın peyğəmbərlərinin müxtəlif əsrlərdə gəlişi Allahın nemətlərini xatırlatmaq və fitrətlərini oyadmaq üçün idi. Həmçinin əvvəlki peyğəmbərlərin səyləri və islahat planları tərk edilməməsi və unudulmamasına xatir onların dəvət və təbliğatını təzələmək üçün idi. Necə ki, "Möminun" surəsinin 44-cü ayəsində oxuyuruq: "Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!".

Nəfsani istəklərinə tabe olan imansızlar peyğəmbərin çağırışını öz maraqlarına uyğun görmədikləri üçün onun müqabilində müqavimət göstərdilər. Xüsusilə zaman keçdikcə onların təlimlərini unudurdular. Bu səbəbdən də, Allah elçilərini bir-birinin ardınca göndərərək insanlara bir daha xatırlatmaq və onların məktəbinin unudulmaması lazım idi.

Allah Öz peyğəmbərlərini onlara göndərdi ki, insanlar öz fitrətlərinin öhdəliklərinə vəfa etsinlər. Həmçinin Onun unudulmuş nemətlərini xatırlasınlar. Təbliğatla höccəti xalqa tamamlasınlar. Ağılların gizli xəzinələrini təlimlərinin işığında üzə çıxarsınlar. (Nəhcül-bəlağə, xütbə 1).

Təbii ki, bu ilahi qanunun müxalifləri və düşmənləri olmuşdur ki, bu da peyğəmbərlərin xalqı doğru yola yönəltmək yolunda çətinlik və məşəqqətlərlə üzləşməsinə səbəb olmuşdur. "Nümunə" təfsirində bununla bağlı deyilir: "Allah ilahi imtahan ənənəsini həyata keçirmək üçün insanlara bir-birinin ardınca peyğəmbərlərini göndərdi. Elə ki, biri getsə, onun yerini başqası tuturdu. Amma bir qəbiləyə göndərilən hər bir peyğəmbəri öz qədim ənənələrinə görə rədd etdilər.

4053172

captcha