IQNA

40000-dən çox insan Məkkə Quran Sərgisini ziyarət edib

15:13 - May 06, 2022
Xəbər sayı: 3492186
Məkkədəki Qurani-Kərim sərgisinin rəsmiləri 12 gün ərzində sərgini 40 mindən çox insanın ziyarət etdiyini açıqlayıb.

"İQNA", "Sidetti"-yə istinadən xəbər verir ki, Sərgi Səudiyyə Ərəbistanının Sərgilər və Konfranslar Baş İdarəsi tərəfindən Kral Fəhd Quran Çap Dərnəyi ilə əməkdaşlıq çərçivəsində Məkkədəki "Four Points Sheraton" otelində təşkil olunub. Səhər saat 9:00-dan 13:00-a kimi ziyarətçilər üçün açıqdır.

Ramazan ayında sərginin açılışından 12 gün sonraya qədər cəmiyyətin müxtəlif qruplarından qadın və kişilərdən ibarət 40000-dən çox insan, sərgini yaxından ziyarət edib.

Sərgi rəsmiləri ziyarətçiləri qarşılayarkən onların hər birinə Qurani-Kərim hədiyyə edirlər.

4054484

Teqlər: məkkə ، quran ، sərgi ، insan ، hədiyyə
captcha