"İQNA", "Shafaq News"-a istinadən xəbər verir ki, bir milyondan çox zəvvar İmam Əlinin (ə) şəhadət gecəsində o həzrətin hərəmində sübh çağına kimi "CÖvşən Kəbir" duasını oxuyub, başa Quran qoyub və Allah-Təalaya dua ediblər.
Nəcəf Əşrəf şəhərindəki İmam Əlinin (ə) hərəminin informasiya ofisi bildirib ki, mövcud hesablamalara əsasən, Nəcəf Əşrəfdə ikinci Qədr gecəsində zəvvarların ümumi sayı üç milyondan çox olub.
Bu mənbənin bildirdiyinə görə, ötən gecə "əhya" mərasimi tam sakit və ciddi təhlükəsizlik tədbirləri ilə keçirilib. Heç bir təhlükəsizlik pozuntusu olmayıb.
4051811