IQNA

İraqda İŞİD-in hücumu nəticəsində 11 mülki şəxs həyatını itirib

19:41 - October 27, 2021
Xəbər sayı: 3491069
İraqın Diyala əyalətinin əl-Miqdadiyyə rayonunda iki kəndə İŞİD tərəfindən qəfil hücum edilib.

Səhiyyə mənbələrinin ilkin məlumatına görə bu hücumda 11 mülki şəxs həyatını itirib.

Əl-Miqdadiyyənin ər-Rəşad və əl-Həvazə kəndlərinə edilən qəfil hücum nəticəsində daha 12 nəfər yaralanıb.

İraqın prezidenti rəsmi tvitter səhifəsi vasitəsilə hadisyə münasibət bildirib və cinayətkarların tapılması üçün ciddi addımların atılacağını İraqın sabitliyini pozan bu kimi addımların vüsət almasına icazə verilməyəcəyini bəyan edib.

Mənbə: SalamNews

captcha