İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Əfqanıstanda fəaliyyət göstərən İŞİD terrorçuları “Taliban” hərəkatının üzvlərinə hücum ediblər. Bu barədə Əfqanıstan mənbələri məlumat verib.
Məlumata əsasən, İŞİD terrorçuları Zəbul vilayətində “Taliban” üzvlərinə hücum ediblər. Nəticədə 17 “Taliban” üzvü öldürülüb.
İŞİD terrorçularının bir neçəsinin öldüyü bildirilir.