IQNA

Həzrət Əbülfəzl Abbasın (ə) hərəmi Ərbəin mövsümünün başlandığını elan etdi - Foto

9:47 - September 09, 2021
Xəbər sayı: 3490693
Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmi artıq 14-cü ildir ki, ardıcıl olaraq Ərbəin mövsümünün başlamasını Nəcəf-Kərbəla yolu üzərində keçirilən xüsusi mərasimlə elan edir.

Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmi artıq 14-cü ildir ki, ardıcıl olaraq Ərbəin mövsümünün başlamasını Nəcəf-Kərbəla yolu üzərində keçirilən xüsusi mərasimlə elan edir.

Koronavirus pandemiyasına görə, bu il məhdud şəkildə keçirilən mərasimdə Həzrət Əbülfəzl Abbasın (s) müqəddəs hərəminin xarici zəvvarlar evində İmam Hüseynin (ə) nəhəng bayrağı qaldırılıb. Mərasim Nəcəf-Kərbəla yolu üzərində Ərbəin zəvvarlarına xidmət göstərilməsinin başlanğıcının elanıdır.

Mərasimdə edilən çıxışdan sonra Ərbəin mövsümünün başlaması əlaməti kimi 40 metrlik dirəyə eni 13, uzunluğu 17 metr olan İmam Hüseynnin (ə) matəm bayrağı qaldırılıb. Bayrağın üzərində “Salam olsun sənə, ey Huseyn (ə) bayrağının sahibi” yazılıb. /alkafeel

captcha