IQNA

İnquşetiyada terror aktına hazırlaşan İŞİD tərəfdarları saxlanıldı

18:41 - September 06, 2021
Xəbər sayı: 3490672
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiyada qadağan edilmiş beynəlxalq terror təşkilatı İŞİD-in İnquşetiyada terror aktları, o cümlədən partlayıcı qurğulardan istifadə edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlara hazırlaşan 4 tərəfdarını saxlayıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiyada qadağan edilmiş beynəlxalq terror təşkilatı İŞİD-in İnquşetiyada terror aktları, o cümlədən partlayıcı qurğulardan istifadə edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlara hazırlaşan 4 tərəfdarını saxlayıb.  

Bu barədə bu gün Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

Saxlanılan şəxslərdən odlu və soyuq silahlar, əl ilə hazırlanmış partlayıcı və yandırıcı qurğular, onların hazırlanması üçün komponentlər və alətlər aşkarlanaraq götürülüb, əlaqə vasitələrində terrorçu təşkilatın üzvləri ilə cinayət niyyətlərini təsdiq edən yazışmalar da aşkar edilib. 

Teqlər: terror aktı ، İŞİd ، rusiya
captcha