IQNA

Avropa ölkəsində məscidlərin yanında islamofob lövhəciklər asıldı

21:13 - June 03, 2021
Xəbər sayı: 3489976
Avstriya paytaxtı Vyanada bir çox məscidlərin yaxınlığında üzərində bu cür yazı olan lövhəciklər asılıb: “Diqqət! Siyasi İslam. Əlavə məlumat əldə etmək üçün – “İslam Xəritəsi”.

Avstriya paytaxtı Vyanada bir çox məscidlərin yaxınlığında üzərində bu cür yazı olan lövhəciklər asılıb: “Diqqət! Siyasi İslam. Əlavə məlumat əldə etmək üçün – “İslam Xəritəsi”.

Lövhəciklərdə həmçinin saqqallı və müsəlman qiyafəsindəki kişi də təsvir olunur.

Bu işarələr Avstriya hökumətinin “İslam Xəritəsi” adlı saytı təqdim etməsindən sonra peyda olub. Həmin sayt müsəlmanları potensial cinayətkarlar kimi səciyyələndirir.

Bu insidentin fonunda “Avstriyanın İslam İcması” (Aİİ) vəziyyətin gərginləşməsinə səbəb olmamaq üçün növbəti dəfə “İslam Xəritəsi”-ni silməyə səsləyib. Sözügedən saytda müsəlman təsisatları haqda ətraflı məlumat təqdim edilib.

Bununla yanaşı, yerli KİV-də belə bir məlumat yayılıb ki, anti-İslam lövhəcikləri “Identitären” radikal hərəkatına yaxın dairələr tərəfindən asılmış ola bilər.

Xəbərlərdə deyilir ki, “Identitären” rəsmisi Martin Sellner sosial platformalarda həmin lövhəciklərin asılması zamanı çəkilmiş fotoları paylaşıb.

Xatırladaq ki, sözügedən sayt ötən həftə ölkənin inteqrasiya naziri Süzanna Raab tərəfindən təqdim edilib. İnternet resursda 620-dən çox məscid, assosiyasiya və rəsmi şəxslərin, həmçinin onların ölkə xaricindəki mümkün əlaqələri barəsində məlumatlar yerləşdirilib.

captcha