IQNA

Qarabağda yenidənqurma məsələsi Təbrizdə müzakirə olundu

11:22 - May 19, 2021
Xəbər sayı: 3489857
İranın Şərqi Azərbaycan vilayəti valisinin müavini Əli Cahangiri Azərbaycanın Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov ilə görüşüb.

İranın Şərqi Azərbaycan vilayəti valisinin müavini Əli Cahangiri Azərbaycanın Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov ilə görüşüb.  

İkitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə Əli Cahangiri Qarabağın yenidən qurulmasında iştirakın regional rabitə və iqtisadi inkişafın sabitləşməsində mühüm rol oynayacağını bildirib.  

Cahangiri İran şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakının iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün əlverişli bir fürsət olacağını vurğulayıb.  

Əliyənnağı Hüseynov da öz növbəsində bu görüşdə Azərbaycanın İranla iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət, sənət və turizm kimi sahələrdəki əlaqələrini də inkişaf etdirməyə hazır olduğunu söyləyib.  

Hüseynov Azərbaycanın xarici şirkətlərin Qarabağ bölgəsinin yenidənqurma layihəsində iştirak etmələri üçün bir fond ayırdığını bildirib.  

Qarabağ bölgəsində bir çox magistral, dəmir yolu və hava nəqliyyatı infrastrukturunun inşaat mərhələsində olduğunu bildirən Hüseynov bölgədə günəş və su enerjisi investisiyaları üçün də böyük bir tutum olduğunu əlavə edib. / mehr

captcha