IQNA

İmam Xamenei: "Düşmənlər İslam Respublikasına qarşı heç bir qələt edə bilməzlər"

18:57 - February 03, 2021
Xəbər sayı: 3489199
Həzrət Fatimənin (s) mübarək mövludu münasibəti ilə İslam İnqilabının Ali Məqamlı Rəbəri və Müsəlmanların Vəliyyi-Fəqihi Həzət Ayətullah Seyid Əli Hüseyni Xamenei bu gün səhər çıxış edib.

Həzrət Fatimənin (s) mübarək mövludu və İran İslam İnqilabının banisi Həzrət İmam Ruhullah Musəvi Xomeyninin (r.ə) doğum günü münasibəti ilə İran İslam İnqilabının Ali Məqamlı Rəbəri və Dünya Müsəlmanlarının Vəliyyi-Fəqihi Həzət Ayətullah Seyid Əli Hüseyni Xamenei həzrətləri bu gün səhər (3 Fevral 2021) televiziyadan canlı yayımda çıxış edib.

Çıxışı zamanı Hz.Fatimənin fəzilətlərindən danışan Ayətullah Xamenei cənabları bildirib ki, insanların zehni və mənəvi təhsili ailənin mərkəzindədir, bu mərkəzdə qadınların müxtəlif sahələrdə həqiqi inkişafı üçün zəmin hazırlanır.  

Ayətullah Xamenei İslam ilə Qərbin arasındakı qadınlarla bağlı düşüncə fərqinə toxunaraq bildirib:   "İslam və İslam Respublikasının qadınlara baxışı şərəf və hörmət baxımındandır, Qərbin ortaq görüşü isə əmtəə və alət baxışıdır. İslamda kişilər və qadınlar ilahi və insani dəyərlər baxımından bir-birindən fərqlənmirlər.

Əlbəttə ki, ümumi vəzifələrin yanında hər bir kişinin və qadının xüsusi vəzifələri var və bu səbəbdən Uca Allah fiziki quruluşlarının tərkibini bu xüsusi vəzifələrə uyğun olaraq yaradıb.

Biz İslamın baxışı ilə qürur duyuruq və Qərbin qadınlara və həyat tərzinə olan münasibətinə tamamilə etiraz edirik".  

Ayətullah Xamenei İslamın və hicabın qadınların inkişafına maneə törətdiyi barədə iddialara toxunaraq deyib:  "Bu açıq bir yalandır və həqiqətə uyğun gəlməməsinin açıq nümunəsi İslam Respublikasındakı qadınların vəziyyətidir. İranda başqa heç bir tarixi dövrdə müxtəlif ictimai, mədəni, bədii, elmi, siyasi və iqtisadi sahələrdə savadlı və fəal bir qadın olmayıb və bütün bunlar İslam Respublikasının nemətləri sayəsindədir".  

"Qərb təbliğat maşınları və təəssüf ki, bəzi yerli qərblilər ananın ailədəki mərkəzi rolunu azaltmağa və ya ortadan qaldırmağa çalışırlar", deyə Ali lider vurğulayıb.  

Ayətullah Xamenei daha sonra bildirib ki, düşmənləri İrana heç nə edə bilməzlər, ölkə güclənir və inkişaf edir. /iqna

captcha