IQNA

Həzrət Zəhranın (s) həyatı barədə məqalələr toplusunun təqdimatı keçirilib

0:19 - February 02, 2021
Xəbər sayı: 3489183
Tehran (IQNA) -  Müxtəlif ölkələrin araşdırmaçı və mütəfəkkir müsəlman xanımların Həzrət Zəhranın (s) həyatı və yaşam tərzi (sirə) barədə yazdıqları məqalələr toplusunun təqdimatı mərasimi keçirilib.

Tehran (IQNA) -  Müxtəlif ölkələrin araşdırmaçı və mütəfəkkir müsəlman xanımların Həzrət Zəhranın (s) həyatı və yaşam tərzi (sirə) barədə yazdıqları məqalələr toplusunun təqdimatı mərasimi keçirilib.

Məqalələrin təqdimatı mərasimi "Xanım Fatimeyi-Zəhra (s); müasir dünyada savadlı müsəlman xanımın fəallığı" adlı seminar çərçivəsində baş tutub.

Seminar ötən gün, Bazar Ertəsi, 1 Fevral 2021-ci il, Həzrət Zəhranın (s) mübarək mövludu və "qadınlar və analar günü" bayramı astanasında Tehranın "Kövsər İslami Elmlərin Təhsili Akademiyası"nda virtual keçirilib.

Seminarda Həzrət Zəhranın (s) Mübahilə mövzusunda roluna işarə edilib və onun İslamın müdafiəsində müsəlman qadınlara meyar və nümunə olduğu vurğulanıb.

Seminar iştirakçıları çıxışlarında xanım Zəhranın (s) şənində nazil olan ayə və surələrə işarə edərək xanımın (s) həyat tərzi, fərdi və ictimai xüsusiyyətləri, səxavəti, ehtiyaclılara əl tutması, fədakarlığı, ailə əxlaqı, övlad tərbiyəsi, həyat yoldaşına hədəflərinə çatmaq üçün dəstək olması kimi səciyyəvi fəzilətlərindən danışıblar.

حضرت فاطمه (س) نمونه زن توانمند مسلمان در نقش‌آفرینی سیاسی و اجتماعی

Seminar elmi katibi Höccətul-İslam Yəhya Cahangiri toplantının keçirilməsi hədəflərinə işarə edərək deyib: Bəşəriyyətin zülm, ədalətsizlik, zorakılıq, yoxsulluq, ətraf mühitin məhvi, xəstəliklər və müharibələr ilə üzləşdiyi böhranlı bir zamanda insanların onları İlahi ərşə birləşdirəcək, Allaha tərəf körpü salacaq və dərdlərinə məlhəm ola biləcək bir nəfərə ehtiyacı var.

Buna görə də insanları qısa ömrü həyatın verə biləcəyi ən acı hadisələr ilə dolu olan, bununla belə bütün bu bəlalara mətanətlə dözən bir xanımın həyatını oxumağa və araşdırmağa dəvət etmək istədik və İslam dünyasının müsəlman xanım araşdırmaçılarını bir yerə toplayaraq Həzrət Zəhranın (s) həyat tərzi və yaşam fəlsəfəsini bir daha vərəqlədik.

Seminarda Türkiyə, İraq, İran, Rusiya, Qibris, Tanzaniya, Amerika, Livan və dünyanın digər ölkələrindən olan mütəfəkkir və araşdırmaçı xanımlar Həzrət Zəhranın (s) həyatının fərdi, ictimai, ibadi, siyasi, iqtisadi və sair cəhətlərini araşdıraraq, o həzrətin (s) hər bir sahədə müasir müsəlman xanım üçün ən yaxşı nümunə, meyar və ülgü olduğunu açıqlayıblar.

Qeyd edək ki, müxtəlif İslam ölkələrindən seminarın keçirilməsi komitəsinə 70-dən çox məqalə göndərilmiş, onların arasından 40 məqalə çap və nəşr üçün seçilmiş və məqalələr toplusunda yer almışdır. /3951316

  


 

captcha