IQNA

Əhli-beyt (ə) məddahı Məhəmməd Baqir Mənsuri vəfat edib

8:31 - August 02, 2019
Xəbər sayı: 3485622
Əhli-beyt (ə) məddahı Mənsuri ötən gecə  Urmiya şəhərində keçirilən əzadarlıq məclisinə ürəyində yaranmış problemlə əlaqədər təcili xəstəxanaya çatdırılır, həkimlərin  səyinə baxmayaraq  vəfat edir. 
İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, tanınmış Əhli-beyt (ə) məddahı Məhəmməd Baqir Mənsuri Ərdəbili ötən gecə  İmam Cavadın (ə) şəhadəti  münasibətilə Urmiya şəhərində keçirilən əzadarlıq məclisinə dəvət edilmişdir. Ürəyində yaranmış problemlə əlaqədər təcili xəstəxanaya çatdırılır, həkimlərin  səyinə baxmayaraq  vəfat edir. 
Mərhum Baqir Mənsuri 1983 –cü ildə Ərdəbil şəhərində dünyaya göz açmış, 8 yaşından Əhli-beyt (ə) məddahlığı ilə məşğul olmuşdur. O, bir çox tanınmış  Əhli-beyt (ə) məddahları o cümlədən Hacı Rəhim Heydəri və Hacı Məhəmməd Baqir Təməddünidən dərs almışdır. 
Mərhum Məhəmməd Baqir Mənsuri bir neçə il öncə insult keçirtmişdi. 
Allah rəhmət eləsin! 
Teqlər: iqna ، mənsuri ، məddah ، vəfat
captcha