IQNA

Roma Papası:

"Dövlətlər dünyəvi olmalıdır. Dini dövlətlərin sonu pis olur"

6:24 - May 18, 2016
Xəbər sayı: 3480462
Tehran, 18.05.2016 - Roma Papası dinin ictimai həyatdakı yeri və dünyəviliklə bağlı suala, "Dövlətlər dünyəvi olmalıdır. Dini dövlətlərin sonu pis olur. Bu tarixə ziddir", deyə cavab verib.
İQNA-nın verdiyi xəbərə görə, Fransanın "La Croix” qəzetinin suallarını cavablandıran Roma Papası, İslam, miqrasiya, dünyəvilik, ədalətsiz iqtisadi sistem kimi mövzularla bağlı fikirlərini bölüşüb.
Vatikan və İtaliya mediasında əks olunan xəbərlərə görə, Roma Papası dinin ictimai həyatdakı yeri və dünyəviliklə bağlı suala, "Dövlətlər dünyəvi olmalıdır. Dini dövlətlərin sonu pis olur. Bu tarixə ziddir", deyə cavab verib. 
Papa digər tərəfdən, "İnanc azadlığını zəmanət altına alan bir qanunla dəstəklənən dünyəvilik" tərəfində olduğunu deyib. Fransanı da dünyəviliyi şişirtdiyi üçüntənqid edən Papa, "Müsəlman bir qadın baş örtüyü geyinməkistəyirsə bunu rahatlıqla edə bilməlidir. Eyni şəkildə xaç taxmaq istəyən bir katolik də..", deyə bildirib. 
Papa Françesko, Avropa cəmiyyətlərindəki İslam qorxusu ilə əlaqədar suala isə belə cavab verib: "Bu gün İslamın özündən deyil, İŞİD-dən və onun qismən İslamdan gələn fəth savaşından qorxulduğunu hesab edirəm. Fəth fikrinin İslamın ruhunda olduğu doğrudur. Ancaq Matta İncilinin son hissəsində də bu fəth fikrini oxumaq mümkündür. 
Mövcud İslami terror qarşısında, İraq kimi güclü hakimiyyətin olduğu ölkələrə ifrat dərəcədə Qərb demokratiya modelinin ixrac edilib-edilmədiyini mühakimə etmək lazımdır. Ya da Liviya kimi tayfa quruluşunun olduğu ölkələrə... Bu mədəniyyətləri nəzərə almadan hərəkət etmək olmaz. Bir liviyalının da dediyi kimi: Keçmişdə bir Qəddafi vardı, indi 50 dənə var". 
Papa Françesko, həmçinin öz məmləkəti Argentina da daxil olmaqlabir çox ölkədə müsəlman və xristianların hələ də sülh şəraitində yaşadığını söyləyərək "Xristianlarla müsəlmanların birgə yaşaması mümkündür. Livan da bunun mümkün olduğunu göstərir", deyib. 
Avropanın çox sayda qaçqını qəbul edəcək tutuma malik olub-olmadığına dair suala cavab olaraq bunları deyib: "Burada əsas verilməli olan sual, niyə bu qədər çox qaçqının olmasıdır. Əsas problemlər Yaxın Şərqdəki, Afrikadakı müharibələr və Afrika qitəsində az inkişafın yol açdığı aclıqdır. Müharibələr varsa, silah istehsalçıları və xüsusilə də silah tacirləri olduğu üçün var. Ümumi olaraq problem, pulu ideallaşdıran qlobal iqtisadi sistemdir. Zənginliyin 80, əhalinin 16 faizi əllərindədir. Tamamilə sərbəst bir bazar işə yaramır. Başqa sözlə, lazım olan sosial bazar iqtisadiyyatıdır". 
Papa miqrantların qəbulu məsələsində isə ən pis şeyin "inteqrasiya əvəzinə gettolaştırmak" olduğunu da söyləyərək belə davam etdi: "Brükseldeki terrorçular belçikalıydı, köçkün uşaqlarıydı, amma bir gettodan gəlirdilər. Londonda isə yeni bələdiyyə sədri (Sadiq Khan) kilsədə and içdi və kraliça tərəfindən qəbul ediləcək. Bu da Avropa üçün inteqrasiyanın əhəmiyyətini göstərir".

Teqlər: iqna ، papa ، məsihiyyət ، İslam
captcha