IQNA

Kanadanın Winnipeg kilsəsində Quran və İncil kursları

9:48 - February 22, 2016
Xəbər sayı: 3480210
Tehran, 22.02.2016 – Kanadanın Vinnipeg şəhərinin “Vestvers Yunayted” kilsəsində İslamla yaxından tanışlıq üçün fürsət yaradan “İncil və Quran ilə tanışlıq” kursları keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Winnipeg free press” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, suriyalı qaçqınlara sığınacaq vermiş Kanadanın Vinnipeg şəhərinin "Vestvers Yunayted” kilsəsində İslamla yaxından tanışlıq üçün fürsət yaradan "İncil və Quran ilə tanışlıq” kursları keçirilir.

Vinnipeg kilsəsinin keşişi Lurin Mək Kenzi Şiferd deyir: Biz fikirləşdik ki, onsuz da suriyalı qaçqınlara bir il müddətində evsahibliyi etməliyik və elə nə yaxşı ki, bu fürsətdən istifadə edək və İslam dini ilə də yaxından tanış olaq.

Buna görə də İslam və Məsihilik haqqında 5 həftəlik bir təlim kursu bu kilsədə keçirilicəkdir. Bu təlim kursları məsihilərin 40 günlük orucları müddətində və pulsuz olacaqdır. Kursda Quran, İncil, ədalət, azadlıq, sülhsevərlik, insan hüquqları, zorakılıq, terrorizm, radikalizm, irqçilik və nifrət kimi mövzularda müzakirələr aparılacaqdır.

Qeyd edək ki, məsihlərin oruc tutması müsəlmanların orucundan fərqlidir. Onlar "kül çaharşənbəsi” adlı bir gündə oruclarını başlayırlar və 40 müddətində "pak bayram”ı adlanan günə qədər davam edirlər. Bu 40 gündə məsihilər maddi ləzzətləri azaldır, az yeyir və az yatırlar və nəfslərini kontrol etməyə başlayırlar.

http://iqna.ir/fa/news/3477196


Teqlər: kilsə ، məsihiyyət ، məsihilik
captcha