IQNA

Misr dini təşkilatları ölkədə “ateizim”in yayılmasından nigərandırlar

7:38 - December 22, 2014
Xəbər sayı: 2624694
Beynəlxalq qrup: Misirli cavanlar arasında ateizimin yayılması, xüsusilə də bu mövzunun peyk kanallarında aşkar şəkildə ictimailəşdirilməsindən sonra, Misrin dini təşkilatları məsələ ilə bağlı öz nigərançılıqlarını bildirib və bu xoşagəlməz hadisə ilə mübarizə etmək fikrinə düşüblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-qüds əl-ərəbi” qəzetinə istinadən verdiyi xəbərə görə son zamanlar misirli cavanlar arasında ateizimə meyillilik çoxalmışdır. Buna görə də İslami və Məsihi dini təşkilatları bu pis hadisənin qarşısını almaq üçün geniş fəaliyyətlərə başlamışlar. Misirin kilsə şurası bu hadisənin qarşını almaq üçün yeni layihə hazırlamışdır.
Həmçinin Misirin qibti məsihilərinin mədəniyyət mərkəzi Ermiyanın böyük yekiskopunun nəzarəti ilə noyabar ayının 10 və 11-də “ateizimə elmi cavab” adlı elmi seminar da keçirmişdir ki, bu seminarda Misirin vəqflər nazirliyi və Əl-Əzhərin nümayəndələri də çıxış etmişdilər.
Elə bu istiqmətdə Misirin Vəqflər nazirinin keçmiş müavini Salim Əbdülcəlil, ateizim məsələsini kəskin şəkildə tənqid edərək ateistlərin dini təhqir etdikləri üçün cəzalandırılmasını istədi.
İbrahim Nəcm – Misir müftisinin müşaviri, bu məsələnin peyk kanalları ilə yayılmasına işarə edərək dedi: Ateizim məsələsi son dörd ildə Misirdə şiddətli sürətlə yayılmağa başlamışdır.
2623334

Teqlər: misir ، ateizim ، əl ، əzhər ، məsihiyyət ، yekiskop
captcha