IQNA

Dünya siyasətçilərindən Novruz bayramı münasibətilə təbrik mesajları

17:11 - March 21, 2024
Xəbər sayı: 3495668
İQNA – BMT-nin baş katibi Antonio Quterreş və bəzi digər dünya siyasətçiləri Novruz bayramı münasibətilə təbrik mesajı göndəriblər.

"İQNA", BMT İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Novruz bayramı münasibətilə təbrik məktubunda Novruz bayramının hər kəsə sülh və əmin-amanlıq gətirməsini arzulayıb.

BMT-nin baş katibi təbrik məktubunda deyib: “Əziz dostlar, Novruz yeni başlanğıcın bayramıdır. Yeni ilin başlanğıcıdır, yazın gəlişi və təbiətin yenidən doğulmasıdır.

O, həmçinin deyib: “Bu bayram müxtəlif nəsillərdən və millətlərdən olan milyonlarla insanı bir araya gətirir. Bu çətin dövrdə Novruz dialoqa, mehriban qonşuluğa və barışığa təkan verir".

BMT-nin baş katibi mesajını davam etdirərək, “Novruz bayramını qeyd edən hər kəsi təbrik edir və Novruzun hər kəsə sülh, sağlamlıq və xoşbəxtlik gətirməsini ümid edirəm” sözləri ilə davam edib.

ABŞ prezidenti Co Bayden və xanımı yeni Şəmsi 1403 ilinin başlamasına saatlar qalmış Novruz bayramını mesajla qeyd ediblər.

Ağ Evdən verilən açıqlamada Co Bayden və həyat yoldaşı Cil Bayden Novruzu qeyd edənləri təbrik edərək, Novruzu düşüncə, yenilənmə və yenidən doğuş vaxtı kimi xarakterizə edib.

ABŞ İsrailin Qəzzada törətdiyi cinayətləri dəstəkləməkdə və fələstinlilərə qarşı hücumlarında əsas silah təchizatçısı olmaqda davam edərkən, Co Bayden Novruz mesajında ​​bu müharibənin Fələstin xalqına böyük əzab verdiyini qeyd etdi.

O, həmçinin Qəzzaya və Fələstin xalqına su, dərman və sığınacaq da daxil olmaqla daha çox humanitar yardım göstərmək üçün beynəlxalq səylərə rəhbərlik etməyə davam etdiklərini iddia edib.

Qəzzada müharibə başlayandan bəri İşğalçı hökuməti Qəzzaya elektrik enerjisini kəsərək və su, qida, dərman və yanacağın ölkəyə girişini qadağan edərək, təxminən 2,3 milyon fələstinlini insani baxımdan çətin vəziyyətdə qoyub.

Hindistanın baş naziri Narendra Modi də sosial şəbəkələrdə şəxsi hesabında dərc etdiyi mesajla yeni il və bayramı qeyd edən hər kəsi təbrik edib.

4206479

captcha