IQNA

Sionist ravvin: "Dəniz yolundan başqa qaçış yolumuz yoxdur"

12:32 - April 24, 2024
Xəbər sayı: 3495833
İQNA - Bir sionist ravvin işğal olunmuş ərazilərdə yaşayan yəhudilərə xitab edərək deyib ki, İran onları mühasirəyə alıb və onların yeganə qaçış yolu dənizdir.

"İQNA", "Əl-Aləm" saytına istinadən xəbər verir ki, ravvin möcüzələrin baş verdiyi bir dövrdə olmadıqlarını, sadəcə Allahdan kömək istəmələri lazım olduğunu bildirib.

Ravvin Eronan Şavlov deyib ki, İran və İsrail arasında ən böyük müharibənin səbəbi İranın Suriya, Hizbullah, Qəzza və həmçinin İordaniya sərhədlərindəki bütün cəbhələri idarə etməkdən məsul olmasıdır.

Tələyə düşdüklərini bildirən ravvin Musa peyğəmbərin zamanında bir möcüzə baş verdiyi zaman dənizin ikiyə bölünməsinə işarə edərək, yalnız Allahdan kömək istəmələri lazım olduğunu ifadə etdi.

4211900

captcha