İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Albaniya 2020-ci ildə bir il müddətinə ATƏT-ə sədrlik edəcək. Bu barədə məlumat beynəlxalq təşkilatın Nazirlər Şurasının İtaliyanın Milan şəhərində illik iclasında verilib.
Norveç 2020-ci ildə təşkilata sədrlik üçün namizədliyini geri götürdükdən sonra, Albaniyanın namizədliyinin bütün iştirakçı dövlətlər tərəfindən dəstəklənəcəyi sual doğururdu. Milanda keçirilən ikigünlük iclasda bu barədə konsensus əldə olunub.