İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, cari ilin avqust ayından müsəlmanlara qarşı etnik təmizləmə aparan, 100 minlərlə müsəlmanın evlərindən didərgin düşməsinə səbəb olan Myanma silahlı qüvvələri bu dəfə müsəlmanların məscidlərinə hücumlara başlayıb.
Maide.Az dünya mediasına istinadən xəbər verir ki, Myanma ordu qüvvələri bir həftə içində Maundawdəki 17 məsciddən 16-sını dağıdıb.
Məlumata görə, kəndlilər bildirib ki, evlərin dağıdılması və yandırılmasından sonra ordu qüvvələri məscidlərə və ibadət ocaqlarına hücumlara başlayıb. Myanma hökuməti isə məscidlərin dağıdılmasının qarşısını almayıb.
Xatırladaq ki, 2017- cilin avqust ayının 25-dən Myanmada Ruhincia müsəlmanlarına qarşı dövlət səviyyəsində etnik təmizləmə və kütləvi zorakılıq əməliyyatına başlanılıb. Myanma ordusunun Ruhincia müsəlmanlarının yaşadığı Raxin vilayətində törətdiyi amansız cinayətlərdə indiyə qədər 6 mindən çox insan həyatını itirib. 8 min nəfər yaralanıb. Avqustun 25-dən etibarən Myanma ordusunun zülmünə görə 620 mindən çox Rohinca müsəlmanı Banqladeşə qaçıb.
Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin hücumlarının şahididir.