Tehran, 17.08.2016 – Cəmiyyətin fərqli təbəqələrində Quran qiraəti ənənəsinin yayılması məqsədi ilə 16 dildə "Ən Yaxşı Qiraət" adlı internet üzərindən səsvermə yolu ilə bir ictimai sorğu keçirildi.
İQNA - 5 sorğudan ibarət bu səsvermənin birinci
hissəsi iyun ayında İranın məşhur Quran qariləri Əhməd Əbul-Qasımi, Məhəmməd
Purzərgəri, Həmid Şakirnejad, Səid Tusi və Mənsur Qəsrizadə arasında baş tutdu.
25 qari arasında keçiriləcəyi gözlənilən bu səsvermə, 5 mərhələdən ibarət sorğu
şəklində hazırlanmışdır. Səsvermədən sonra sorğuda iştirak edən 5 Quran
qarisindən biri seçilir. Ümumi nəticədə 5 sorğunun sonunda 25 nəfərdə yalnız 5
nəfəri finala çıxacaq. Bunun ardından da hazırlanan final sorğusunda İranın ən
yaxşı Quran qarisi sizin verdiyiniz səslərlə müəyyən ediləcək.
Hazırda Salih Əthərifərd, Əmin Puya, Məhdi Adili, Həmidrza Əhmədi Vəfa və
Hüseyn Rüstəminin iştirakı ilə səsvermənin ikinci mərhələsi keçirilir.
Sorğular saytın əsəs səhifəsində yer alır. Fikirinizi ətraflı çatdırmaq üçün də
xəbərin altında şərh yaza bilərsiniz.
Məncə Məhdi Adilinin səsi daha gözəldir.