IQNA

İslamda xums / 6

Peyğəmbərimizin (s) dövründə xums

23:14 - December 12, 2023
Xəbər sayı: 3494994
TEHRAN (İQNA) – Həzrət Məhəmmədin (s) dövründə xums geniş yayılmış və onun əhəmiyyəti vurğulanmışdır.

1_ Quran ayələrində və hədislərdə xumsdan daha çox zəkat qeyd edilmişdir. Bu ona görə idi ki, Məkkədə bir neçə nəfər və ticarətlə məşğul olan bəzi qəbilələr istisna olmaqla, insanların çoxu əkinçilik və heyvandarlıqla dolanırdılar.

Peyğəmbər (s) xums toplamaq üçün müxtəlif bölgələrə insanları göndərirdi: məsələn, Peyğəmbərin (s) xums toplamaq üçün Əli ibn Əbi Talibi (ə), Əmr ibn Həzmi və Məaz ibn Cəbəli Yəmənə, Muhammiyyəni isə Bəni Zeyd qəbiləsinə göndərməsi tarixi sənədlərdə qeyd edilmişdir. (55)

2_ Peyğəmbərimiz (s) onu görməyə gələn heyətlərə xitab edərək, onlara Allaha iman, namaz və zəkatdan əlavə xumslarını verməyi əmr edərdi. (56)

3_ Peyğəmbərimiz (s) qəbilələrə göndərdiyi məktublarda xums məsələsini qeyd etmişdir. (57)

4_ Müsəlmanlar zəkat göndərməklə yanaşı, Peyğəmbərimizə (s) xums da göndərirdilər.(58)

Qeydlər:

(55)_ Ayətullah Nuri Həmədaninin Xums kitabı, səh. 110

 (56)_ Səhih Buxari, 1-ci cild, səh. 32-33-131

(57)_ Təbəqat İbn Səd, 1-ci cild, səh. 374

 (58)_ Ayətullah Nuri Həmədaninin Xums kitabı, cild 1, səh. 374

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Xums" kitabından götürülmüşdür.
captcha