IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 9

Xeyir və şərin mənşəyi haqqında həqiqət

12:45 - June 27, 2023
Xəbər sayı: 3494379
TEHRAN (IQNA) – Dünya hissələrinin bir-biri ilə münasibət və əlaqə sistemi sahəsində göstəriş belədir ki, biz günahları və pisləri özümüzə aid edək. Həmçinin bütün xeyirlərin haqq tərəfdən olduğuna inanaq ki, bu da həqiqətə daha yaxındır.

 "(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər. (Nisa, 79).

Dünyanın ümumi sistemində yalnız bir təsiredici və yalnız bir iradə dünyaya hakimdir və qalan hər şey ya illüziyadır, ya da eyni iradənin və Allahın həmin iradəsinin təzahürü üçün bir kanaldır.

Amma biz “ümumi sistem” məkanından dünyaya qayıtdığımız zaman bu dünyada hər bir hərəkətin ayrıca edəni var və həmin o hərəkəti edən öz hərəkətinə görə cavabdehdir. Qanun və qaydaların mövcudluğu, yaxşı və pis rəftar, əxlaqi və ictimai prinsiplərə inam hər kəsin öz əməlinə görə məsuliyyət daşıdığını göstərir. Buna görə də Quranda hər şeyin Allahın əlində olduğu deyildiyində, orada bütün sistem və ümumi iradə nəzərdə tutulur. Məsələn: قل کلُ من عند الله "De: Hər şey Allahdandır" (Nisa, 78).

Amma dünyanın hissələri arasında münasibətlər sahəsində nizam belədir ki, biz günahları və pisləri özümüzə aid edək. Habelə bütün yaxşılıqları Allahdan hesab edək ki, bu da həqiqətə daha yaxındır. Çünki Allah bizə ixtiyar verib.

Bu baxışın arxasındakı hikmət, qısa desək, yaxşılığın varlıq mahiyyətində olmasıdır. Onu harada tapsaq, mütləq xeyirə aid edilməlidir. “Şər” isə yoxluq kateqoriyasındandır və məxluqların zati nöqsanlarından irəli gəlir.

* Ustad Hüseyn Muhyiddin İlahi Qumşeyi tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4113251

captcha