IQNA

İmam Zamanın (əc) qeybə çəkilməsinin fəlsəfəsi

9:11 - May 30, 2022
Xəbər sayı: 3492314
Ayətullah Əhədi İmam Zamanın (ə) qeybə çəkilməsinin fəlsəfəsinə toxunaraq deyib: "Həzrətin qeybə çəkilməsinin fəlsəfəsi budur ki, Allah insanlara bir anlayış, elm və idrak vermək istəyir ki, qeybət dövrü camaatın yanında o həzrətin zühur dövrü kimi olsun".

İmam Zamanın (əc) qeybə çəkilməsinin fəlsəfəsiİQNA, xəbər verir ki, Ayətullah Mehdi Əhədi cümə axşamı, mayınn 26-da özünün həftəlik əxlaq dərsində İmam Zamanın (ə) qeybə çəkilməsinin fəlsəfəsinə toxunaraq deyib: "Həzrətin qeybə çəkilməsinin fəlsəfəsi budur ki, Allah insanlara bir anlayış, elm və idrak vermək istəyir ki, qeybət dövrü camaatın yanında o həzrətin zühur dövrü kimi olsun".

O, bildirib ki, İmamın aramızda olması və əməllərimizə nəzarət etməsi hissi və əqidəsinə inansaq, daha günah etməyəcəyik. Axırəz-zamanda üç şey edilir: Birincisi ələkdən keçirmək, ikincisi üyütmək, üçüncüsü isə həzrət Mehdinin (əc) tərəfdarlarının həqiqətən onun cərgəsində qalıb-qalmadığını görənə qədər onları imtahan etməkdir.

Ustad qeyd edib ki, dəfələrlə görürsən ki, kimsə dindardır və birdən dönüb məsələn xristian olur. Bu, xüsusilə axırəz-zamanda çox olur. Bilin ki, bu, bu dövr və onun imtahanlarından irəli gəlir. İnsanlar düşünməsinlər ki, kimsə dinsiz olsa, o həzrətdən bir şey azalacaq.

Ayətullah Əhədi çətin anlarda Allahın rəhmətindən ümidimizi kəsməməli olduğumuzu vurğulayaraq deyib: "Zərərli fikirlərin arxasınca düşməməyə çalışın və bəsirətli olun. Sözünüz, danışığınız, oturuşunuz və yolunuz, hətta namazınız da Əhli-beytə (ə) bənzəsin. Əgər rəftar və əməlləriniz Əhli-beytə (ə) bənzəsə, həyatda uğur qazanarsınız".

4060123

captcha