IQNA

Fransada ekstremistlər bir məscidi yandırıblar

19:26 - May 07, 2022
Xəbər sayı: 3492191
Fransanın şimal-şərqində yerləşən Metz şəhərində məscid anti-islam ekstremistləri tərəfindən yandırılıb.

"İQNA", "Daily Sabah"-a istinadən xəbər verir ki, Fransanın şimal-şərqində yerləşən Metz şəhərində Türk-İslam Birliyi (DİTİB) tərəfindən idarə olunan məscid mayın 6-da cümə günü səhər saatlarında yandırılıb.

Naməlum şəxslər tərəfindən məscidin divarlarına üç molotov kokteyli atılaraq yandırıldıqdan sonra məscidə xeyli ziyan dəyib.

Metz Mərkəzi Məscid Dərnəyinin sədri Əli Durak Anadolu Xəbər Agentliyinə hücumun səhər saatlarında baş verdiyini bildirib. O, məscidin pəncərələrinə "Molotov kokteyli" atıldığına işarə edərək deyib: "Məscidin çöl hissəsinə ciddi ziyan dəyib və pəncərələri yanıb, lakin məscid son anda tam yanmaqdan xilas edilib.

4055093

Teqlər: fransa ، ekstremist ، məscid ، anti-İslam ، İslam
captcha