IQNA

Müsəlmanların bayramlarındakı möcüzələr

19:29 - May 07, 2022
Xəbər sayı: 3492189
Suriyalı yazıçı və tədqiqatçı Abdul-Daim Əl-Kəhil yazıb: "Fitr bayramı Allah-taalanın İslamın beş əsası sayılan iki ibadətin sonunda təyin etdiyi iki bayramdan biridir ki, bəndələr Uca Allahın bağışlanması və rəhmətinə sevinsinlər".

Suriyalı yazıçı və tədqiqatçı Əbdül-Daim Əl-Kəhil Fitr bayramı münasibətilə "İQNA"-ya bir yazı göndərib ki, təfərrüatları belədir: "Sübhanəllah! Müsəlmanların tətil günlərində belə, bir möcüzə var! Bu, möminin Uca Allaha xüşusu və hörmət məqamında qalması üçündür və həm də İslamın mesajlarının doğruluğuna dəlildir.

Müsəlmanların bayramlarında Allahın bizə bəxş etdiyi bir möcüzə varmı? Bu Ümmi Peyğəmbərin (s) səmimiyyətinə yeni bir şahid tapmaq olarmı? Mən bunu araşdırdım və sizi oxumağa dəvət edirəm.

Əziz oxucu, qeyri-müsəlman xalqlara nəzər salanda, onların bayramlarını düşünəndə nə görürsən?

Görürsən ki, onların bayramı mənəvi rəhbərin doğulması ilə bağlıdır. Ya bir rəhbərin düşmənləri üzərində qələbə çalması, ya da maddi nailiyyətlər əldə etməsi, yaxud hərbi və ya siyasi nailiyyətlər... bu o deməkdir ki, onların tətili bəşəri hadisələrlə bağlıdır.

Bəzi insanlar rəhbərlərinin vəfatı, bəziləri isə rəhbərlərinin evlənməsi gününü bayram edir. Onlardan bəziləri günəş tutulması və s. kimi qorxulu kosmik hadisələri bayram edirlər. Bunlar Allahlarının günəş və ... olduğuna inananlardır. İslamın batil olduğuna dair inanclar. İslam bu inancları batil etmək üçün gəlib.

Amma son vaxtlar yeni bayramlar qeyd olunur ki, onlardan ən əsası hər il analara həsr olunan "Analar Günü"dür. Bir halda ki, bilirlər ki,İslam bütün günlərdə anaya diqqət və hörmət göstərməyi tapşırmışdır və bu bir günə məxsus deyil.

"İsra" surəsinin 23-cü ayəsində Allah belə buyurur: "Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr onlara "uf" demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de".

Allah həmçinin buyurur: "Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal və "ey Rəbbim körpəlikdə məni tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et" de!" (İsra, ayə 24).

Müstəqillik Günü, qələbə günü, İnqilab günü və başqa şeylər bayram qeyd olunur. Onların ən pislərindən biri də valentin günüdür. Nəhayət bir çox tətil günləri var ki, onların hamısı insani bir hadisə ilə bağlıdır.

İndi Fitr və Qurban bayramına fikir verin, bu iki bayram nə ilə bağlıdır? Əzizlərim, şübhəsiz, mübarək bir gün olan Həzrət Peyğəmbərin (s) mövlud tarixini yoxladım, lakin Peyğəmbərin səhabələrindən həmin günü qeyd etməyi istədiyini görmədim.

Peyğəmbər (s) mövlud gününü qeyd etməyib. O, evlilik ildönümünü də bayram keçirməyib. Nə hökumətin qurulmasını, nə də müharibədə qələbəni bayram keçirməyib. Həzrət Peyğəmbər (s) hətta tarixin axarını dəyişən əzəmətli hicrəti belə, bayram etməmişdir.

Peyğəmbərin (s) dövründə bayram keçirilə biləcək bir çox mühüm hadisələr vardır ki, onlardan biri də Məkkənin fəthi günüdür. O gün, Allahın müsəlmanları şərəfləndirdiyi və kafirləri zəlil etdiyi açıq-aydın bir qələbədir. Mübarək və çox mühüm bir gün olmasına baxmayaraq, Peyğəmbər qövmünə onu bayram kimi qeyd etməyi əmr etməmişdir. Allaha həmd olsun, bayram nədir?

Müsəlmanların bayramı tək Allaha böyük ibadətdən sonradır, amma necə? İslamın əsası beş şeydir. Mömin hər an Allahın birliyinə şəhadət verir. Bu, birinci əsasdır. Hər gün beş namaz qılır, bu da ikinci əsasdır. O, ilin istənilən vaxtında zəkat və sədəqə verir və bu, üçüncü əsasdır.

Möminin ildə bir dəfə yerinə yetirdiyi iki mühüm əsas vardır. İslamın dördüncü sütunu orucdur. Allah bunu bizə ildə bir dəfə vacib etmişdir. Çünki bu, böyük bir ibadətdir. Allah digər ibadətlərə vermədiyi böyük savabı onun üçün nəzərdə tutub. (Oruc mənim üçündür və onun əvəzini mən verərəm).

Allah-Təala bayram günü oruc ibadətini bitirdi. Niyə? Mömin öz iftar etməsi ilə sevinsin və Allahın onunu günahlarını bağışlaması ilə sevinsin. Uca Allahın rəhməti ilə bir aylıq oruc, ibadət və itaətdən sonra sevinsin. Allaha həmd olsun, bu bayrama baxın. Fitr bayramının heç bir insani hadisə ilə əlaqəsi yoxdur. Həqiqətdə, Uca Allaha ibadətlə bağlıdır. Oruc tutmaq hər hansı bir ibadət sayılmır. O, xüsusi bir ibadətdir və Uca Allah yanında ən sevimli ibadətlərdən biridir.

İslamın beşinci əsası qaldı və o da Həccdir. Bu ibadət çox əhəmiyyətlidir. İmkanı olan şəxsə Ömründə bir dəfə həcc etmək vacibdir. İldə bir dəfə təkrarlanır. Mömin onda anadan doğulduğu gün kimi günahlardan təmizlənir. Hətta Həzrət Peyğəmbər (s) buyurur: "Məqbul həccin cənnətdən başqa savabı yoxdur və Allah-Taala üçün xalis ibadət sayılır".

Uca Allah bu ibadətin əhəmiyyətinə görə Qurban bayramını bu ibadətlərin sonunda qoyub. Yəni, bayram Uca Allaha böyük və pak bir ibadətdən sonra gəlib çatmışdır. Bayram uşaqlar, yetim və imkansızlara mehribanlıq, ünsiyyət, sileyi-rəhim və sevinc bəxş etmək fürsətidir... .

Fitrə zəkatına baxın, bayramdan əvvəl bir vəzifədir və onsuz bayram olmaz. Ehtiyaclı və kasıb insanlar var ki, Allah onları sənə xatırladır. Allahın sizə verdiyini onlara verməyə dəyər. Əks halda ibadətiniz natamamdır. İki bayramdan başqa gündə qılınmayan xüsusi namaz vardır ki, bayram namazıdır. Sanki Allah-Təala hər an, hətta şadlıq anlarında, bayramlarda da səni ibadətlə əlaqələndirmək istəyir!

Müsəlman bayramları böyük ibadətlə əlaqələndirilir. İslamın beşinci sütunu həcc ibadətidir. Möminləri Uca Allahın rəhməti ilə sevindirmək üçün Qurban bayramı bu ibadətdən sonra gəlir.

Bayram bizim üçün Allahın məğfirətindən, rəhmətindən və rizasından doğan həqiqi və davamlı bir sevincdir. Bayram bizim üçün Uca Allah qarşısında qonaqlığa hazır olmağın sevincidir.

Qardaşlarım, burada düşünməliyik: Bəşəriyyət insanlar üçün bayramlar təyin etmişdir ki, bunların hamısı bəşəri hadisələrlə və əyləncə bağlıdır. Bəs biz müsəlmanların Allaha ibadət və itaətlə bağlı bayramlarına rast gəldiyimiz zaman bu nəyi göstərir? Şübhəsiz ki, bu bayramların mənşəyinin ilahi mənbə olduğuna dəlalət edir. Həmçinin İslamın Uca Allah tərəfindən bir din olduğuna dəlalət edir.

İndi sualım budur: Allah xatirinə! Bu möcüzədir, yoxsa nədir? Yer üzündə (peyğəmbərlərdən başqa) Allah-Təalanın böyük ibadətindən sonra öz qövmü üçün bayram keçirən varmı? Əgər Peyğəmbər (s) Allahın elçisi olmasaydı, qövmü üçün belə bir ibadət təyin edərdimi?

Nə üçün Peyğəmbər (s) öz qələbələrindən birini bayram qərar vermədi? Həqiqətdə, Peyğəmbərin (s) həyatında ən mühüm hadisə vəhyin ona nazil olduğu gündür. lakin onu da bayram qərar vermədi. Allaha həmd olsun, niyə? Çünki o, bizə demək istəyir ki, bayram bütün müsəlmanlara aiddir, ən böyük yaradılmış olsa da, bir şəxsə məxsus deyil?

Bu bayram və onun aid olduğu vəsilə haqqında bir az fikirləşsək, onu Peyğəmbərin (s) ixlas və dürüstlüyünə və özündən heç bir şey gətirməməsinə açıq-aydın dəlil görərik. Əksinə, o, Rəbbinin bu gözəl sözlərlə vəsf etdiyi şəxsdir.

Allah "Nəcm" surəsinin 3 və 4-cü ayələrində buyurur: "O, əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız ona ilham olunan vəhydir".

İslam nemətinə görə Allaha şükür edirik. Bayramınız mübarək.

4054813

Teqlər: müsəlman ، bayram ، möcüzə ، ibadət ، İslam
captcha