IQNA

Bir illik bəndəliyi davam etdirmək üçün Allahla əhdin təzələnməsi

13:50 - May 05, 2022
Xəbər sayı: 3492183
Hindistanlı din xadimi Əhməd Rza Zürarə deyib: "Fitr bayramının fəlsəfəsi Allahla əhd-peyman bağlamaqdır ki, biz Sənin bizdən istədiklərini etdik və bu gün Səninlə əhd bağlayırıq ki, Ramazan ayında olduğu kimi bizə tofiq ver il ərzində Sənin istədiklərini edək.

"İQNA", xəbər verir ki, bir ay bəndəlik və eşqlə nünacat sona çatdı. İlahi ziyafət fürsəti bitdi. Amma ilahi rəhmət qapıları hələ də Fitr bayramında açıqdır. Fitr bayramı ibadət etməyin şükrünü yerinə yetirmək üçün Uca Yaradana bəndəlik edərək baş əyən aşiqlərin bayramıdır. Allahın dərgahına təvəssül etməklə qəlblərinin iman və elm nuru ilə nurlu qalmasını istəyirlər.

O, bildirib ki, Fitr bayramının fəlsəfəsi Allahla əhd-peyman bağlamaqdır ki, biz Sənin bizdən istədiklərini etdik və bu gün Səninlə əhd bağlayırıq ki, Ramazan ayında olduğu kimi bizə tofiq ver il ərzində Sənin istədiklərini edək və günahlardan çəkinək.

Zürarə sonda deyib ki, bayram ümumi şadlıq zamanıdır və müsəlmanlar niyə sevinməsinlər ki, bu gün Allahdan həqiqi mükafat və bayramlıq almaq vaxtıdır. Dua edirik ki, bu bayram İmam Mehdinin (ə) zühurundan əvvəlki son bayramımız olsun. Həmçinin gələn il bayram namazını o həzrətin imaməti ilə qılaq və bayramı onunla birlikdə qeyd edək.

4054588

captcha