IQNA

İmam Səccadın (ə) cümə günləri oxuduğu xütbə

13:34 - May 01, 2022
Xəbər sayı: 3492157
İslam ənənəsində cümə günləri bayram və ibadət günü və ailə dəyərlərinə diqqət günü hesab olunur. Bu fəzilətlərlə yanaşı, Ramazan ayının cümə günləri də ikiqat əhəmiyyətlidir. Çünki Ramazan ayı bütün ayların ən üstünüdür və möminlər həmin gündə oruc tuturlar.

Ramazan ayının cümə günlərinin gecəsi və gündüzü digər cümələrin bütün gecə və gündüzündən daha üstündür. Hədisdə Rəsuli-Əkrəm (s) buyurur: "Allah-taala Ramazan ayında iftarda min insanı cəhənnəm odundan azad edir. Amma Ramazan ayının cümə günü və cümə gecəsi gələndə hər saat cəhənnəm əhlindən min nəfəri cəhənnəm odundan azad edir."

Rəvayətlərə əsasən, digər ayların cümə günləri müstəhəbb olan Qurani-Kərim tilavəti, cümə qüslü, Fərəc duası, təmizlik və s. kimi əməllərin Ramazan ayının cümə günlərində ikiqat savabı vardır.

İmam Səccadın (ə) Ramazan ayının cümə günləri oxuduğu xütbə

İmam Səccad (ə) Ramazan ayının cümə günləri Mədinədə Peyğəmbər (s) məscidində xütbə oxuyaraq insanlara nəsihət edirdi ki, bu xütbənin bəzi hissələrinin tərcüməsi belədir:

Ey insan oğlu! Vay o kəslərin halına ki, Allahı yad etməkdən və ölüm mələyindən qafildirlər, bir haldaki, onlar səndən qafil deyillər. Həqiqətən  ölüm sizə hər şeydən daha yaxındır, sizə doğru irəliləyir və sizi haqlamağa yaxındır. Elə fərz et ki, fürsətlər bitib, ölüm mələyi ruhunu bədənindən çıxarıb və səni kimsəsiz bir məzarda qoyublar. Ruhun bədəninə qayıdıb və iki mələk sorğu-sual üçün sənin yanına gəlib.

agah ol! Səndən soruşduqları ilk şey Rəbbinə ibadət barədədir. Sonra sizə göndərilən Peyğəmbərdən, dininizdən və oxuduğunuz kitabdan soruşurlar. Həm də sevdiyin və tabe olduğun İmamdan soruşurlar. Hədərə keçirdiyin qiymətli ömürdən soruşurlar. Sizdən sərvətinizi haradan əldə etdiyiniz və necə xərclədiyiniz barədə soruşulur.

Bil ki, ey Adəm övladı! Gələcəkdə Qiyamət günü sizin üçün daha böyük, daha sərt və daha ağrılı qorxular olacaq. O gün ki, bütün insanlar toplaşıb şəhadət verəcəklər. Allah bütün insanları həmin gündə bir yerə toplayar. O gün ki, qəbirlər açılacaq və o gün heç kəsin tövbəsi qəbul olunmayacaq. Hər kəs öz əməlinə görə mükafatlandırılır və cəzalandırılır.

Beləliklə, möminlərdən kim bu dünyada yaxşı bir zərrə qədər iş görmüşdürsə, onu tapacaqdır. Möminlərdən kim bu dünyada pis bir iş görmüşdürsə, onu görəcəkdir. (Zəlzələ: 7-8)

Mənbə: "Kənzul-Məram fi Əmali Şəhris-Siyam"

3895596

captcha