IQNA

İslamofobiya və müsəlman azlıqlar

20:04 - March 19, 2022
Xəbər sayı: 3491944
İslamofobiya son bir ildə müsəlman azlıqların da daxil olduğu dünyanın əksər ölkələrində müşahidə olunub. Bu məsələnin əhəmiyyəti ondan ibarətdir ki, BMT Baş Assambleyası yekdilliklə martın 15-ni “İslamofobiyaya qarşı Beynəlxalq Mübarizə Günü” kimi qeyd edən qətnamə qəbul edib.

"İQNA", xəbər verir ki, ötən il dünya müsəlmanları üçün yaxşı hadisələrin olmasına baxmayaraq, qaranlıq cəhətləri də var idi. Bu, dünyanın müxtəlif yerlərində İslamofobiyanın davamı və böyüməsi idi.

Müsəlman olan ölkələrin əksəriyyətində terrorla mübarizə bəhanəsi ilə anti-islamizm və islamofobiya pis sosial fenomen kimi qəbul edilirdi.

Ötən ildə islamofobiya hadisələri müxtəlif formalarda müşahidə olundu. O cümlədən, cəmiyyətdə fiziki hücumlar, təhqirlər, İslam müqəddəslərinə qarşı onlayn təzyiq və təhqir olundu. Bu problemlərə baxmayaraq, müsəlmanlar bu pis ictimai hadisəni azaltmaq üçün çox səy göstərdilər.

Bəlkə də buna görədir ki, BMT Baş Assambleyası yekdilliklə “Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü” adlı qətnamə qəbul edərək martın 15-ni dünyada islamofobiya ilə mübarizə günü adlandırıb.

4043418

captcha