IQNA

IQNA-da "İslam təfəkküründə sülh və yaxşılı" vebinarı keçiriləcək

11:04 - August 30, 2021
Xəbər sayı: 3490619
İslami Əlaqlər və Mədəniyyət Təşkilatının təşəbbüsü, İran və Pakistan mütəfəkkirlərinin iştirakı və IQNA-nın həmkarlığı ilə "İslam təfəkküründə sülh və yaxşılıq" vebinarı keçiriləcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran və Pakistan mütəfəkkirlərinin iştirakı və IQNA-nın həmkarlığı ilə "İslam təfəkküründə sülh və yaxşılıq" vebinarı keçiriləcək.

Bu vebinar İslami Əlaqlər və Mədəniyyət Təşkilatının Universitetlərlə Elmi Həmkarlıq İdarəsinin təşəbbüsü və İranın İslamabaddakı Mədəniyyət Mərkəzinin həmkarlığı ilə beynəlxalq İslamşünaslıq silsilə konfransları çərçivəsində keçirilir.

Vebinar bu gün, 30 Avqust 2021-ci il, həftənin Bazar Ertəsi günü, günün ikinci yarısında Tehran vaxtı ilə saat 15:00-da başlayacaq və 16:30-dək davam edəcək.

Vebinarda iranlı yazar və araşdırmaçı Əli Əkbər Ziyayi, İslamabadın "Qaid Əəzəm" universitetinin ustadı Qəndil Abbas Kazimi, İslamabadın Yeni Dillər Milli Universitetinin ustadı Məhəmməd Ömər Riyaz Abbas və digərləri iştirak edəcəklər.

"İslam təfəkküründə sülh və yaxşılıq" vebinarı IQNA-nın evsahibliyi ilə Mübin studiyası tərəfindən skayp platformasında

( https://join.skype.com/MtH2dWbtR5w0 ) canlı yayımlanacaq. / iqna  

وبینار «صلح و اندیشه صلاح در تفکر اسلامی» در ایکنا برگزار می‌شود

 

 

 

Teqlər: pakistan ، iran ، universitet ، İslam ، sülh ، vebinar
captcha