IQNA

Fransadan müsəlmanlara qarşı daha bir şeytani addım

8:53 - November 21, 2020
Xəbər sayı: 3488675
Tehran (IQNA)  - Fransa dövləti müsəlman cəmiyyətə təzyiq siyasətinin davamında islamofobiya ilə mübarizə aparan ictimai təşkilatlardan biri olan Fransa anti-İslam cəmiyyətinin fəaliyyəti ləğv edib.

Fransa dövləti müsəlman cəmiyyətə təzyiq siyasətinin davamında islamofobiya ilə mübarizə aparan ictimai təşkilatı ləğv edib.

Bu barədə şeytan hakimiyyətinin baş naziri Gerald Darmanin cari həftənin Cümə Axşamı günü (19 Noyabr 2020) göstəriş verib.

Baş nazirin əmrinə əsasən müsəlman azlıqların hüquqlarını müdafiə edən və islamofobiyaya qarşı mübarizə aparan "Fransa anti-İslamofobiya cəmiyyəti"nin (CCIF) qanuni fəaliyyəti ləğv edilib.

Fransanın baş naziri Gerald Darmaninin Parisdə müəllimin mətkəbli müsəlman tərəfindən qətlə yetirilməsinin ardınca bu cəmiyyəti təqsirli bilmiş və onları "cümhuriyyət" əleyhinə fəaliyyət göstərən İslam mərkəzi olmaqda ittiham etmiş və sosial şəbəkədə həmin cəmiyyətin məsullarından baş verənlərlə bağlı açıqlama vermələrini istəmişdi.

"Fransa anti-İslamofobiya cəmiyyəti" (CCIF) həmin çağırışa cavab olaraq yazmışdı: Fransanın baş naziri radikal sağçı partiyaların istəyinə əsasən bu sözləri deyib. Çünki CCIF cəmiyyəti əsasən ölkə xaricində islamofobiya ilə mübarizə fəaliyyəti göstərir və İslamofobiya qurbanlarına hüquqi dəstək olur. Fransa məsullarından da istəyirik ki, cəmiyyətdə qardaşlıq şəraiti yaratmağa və ayrıseçkilik yaradan səbəbləri aradan qaldırmağa çalışsın.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron da bu ölkədə fəaliyyət göstərən İslami cəmiyyətlərə və Müsəlman Şurasına özünün "radikal İslamçılıq" adlandırdığı fenomenə qarşı mübarizə üçün "cümhuriyyətçilik" nizamnaməsini qəbul etmələrinə 15 gün vaxt verib. Buna əsasən Fransa Müsəlmanlar Şurası məscid imamları üçün Milli Şura təyin etməli, onlara fəaliyyət lisenziyası verməli və lazım olduqda da bunu ləğv etməlidir. /3936295

Teqlər: fransa ، islamofobiya ، CCIF ، anti-İslam
captcha