İraqın "Nücəba" hərəkatının baş katibi Şeyx Əkrəm əl-Kabi ABŞ Prezidenti Donald Tramp ilə bağlı açıqlama verib.
Şeyx Əkrəm əl-Kabi açıqlamasında bildirib ki, müqavimət cəbhəsi Donald Tramp və komandasından gələ biləcək istənilən təhdidə qarşı hazırdır.
"Biz bütün adekvat tədbirlər görməyə hazırıq. Düşmənə sarsıdıcı zərbə vuracağıq", - deyə Şeyx Əkrəm əl-Kabi diqqətə çatdırıb.
O qeyd edib ki, iraqlılar ABŞ fitnələri qarşısında diqqətli olmalıdırlar. /3935677/