IQNA

Quran mütərcimi həbsindən 40 gün sonra zindanda vəfat etdi

0:29 - January 31, 2018
Xəbər sayı: 3482711
Uyğur müsəlmanlarının Quran mütərcimi və tanınmış İlahiyyatçı mütəfəkkiri Sinkyanq əyalətinin Urumçi şəhəri polisi tərəfindən həbs ediləndən 40 gün sonra həbsdə ikən vəfat etdi.

Quran mütərcimi həbsindən 40 gün sonra zindanda vəfat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çində yaşayan Uyğur müsəlmanlarının Quran mütərcimi və tanınmış İlahiyyatçı mütəfəkkiri müsəlmanların sıx yaşadığı Sinkyanq əyalətinin Urumçi şəhəri polisi tərəfindən həbs ediləndən 40 gün sonra həbsdə ikən vəfat etdi.

Uyğurustanın İnsan Haqları Təşkilatı elan etdi: 82 yaşlı Məhəmməd Saleh Hacim 40 gün öncə qızı və bəzi qohumları ilə birlikdə Çin polisi tərəfindən həbs olunmuşdular ki, hələ də onların taleyi barədə məlumatımız yoxdur. Həmçinin Yanvar ayının 29-da həbsdə ölən bu Quran mütərciminin də ölümünün təfərrüatı barədə məlumat verilməyib.

Uyğurustanın İnsan Haqları Təşkilatı Çin dövlətindən tələb edib ki, Məhəmməd Saleh Hacimin həbsinin səbəbləri barədə açıqlama versinlər və həmçinin onun ailə üzvləri və yaxınlarının cinayəti olmadığı üçün azad etsinlər.

Təşkilat həmçinin dövlətdən tələb edib ki, uyğur müsəlmanlar əleyhinə həyata keçirilən təzyiqlərə və onların “yenidənhazırlama” kamplarına göndərilməsinə son qoysun.

Uyğurustanın İnsan Haqları Təşkilatı beynəlxalq təşkilatlardan da istəyib ki, bu istiqamətdə Çin dövlətinə təzyiqlər göstərsin.

Uyğurustan Dünya Konqresinin sözçüsü Dilkasat Raksit deyib: Məhəmməd Saleh Hacim uyğur xaqlının ən hörmətli və nüfuzlu din alim idi və Qurani- Kərimi ilk dəfə uyğur dilinə tərcümə o etmişdi. Bizim fikrimizcə Çin dövləti Salehin ölümü barədə detalları gizlətmək istəyir ki, xalqın etirazlarının qarşısını ala bilsin.

Qeyd edək ki, Çinin Sinkyanq əyalətində 10 milyon müsəlman uyğur türkləri yaşayır və onlar uzun illərdir ki, Çin dövlətinin terrorizmlə mübarizə bəhanəsi altında həyata keçirdiyi basqılar və zorakılığın qurbanıdırlar.  

http://iqna.ir/fa/news/3686638

Quran mütərcimi həbsindən 40 gün sonra zindanda vəfat etdi

captcha