IQNA

Fransa nümayəndə heyəti İmam Əlinin (ə) hərəmini ziyarət etdi

10:33 - April 05, 2017
Xəbər sayı: 3481502
İraqın Neynəva vilayətindəki Katolik Arxiyepiskopluğun rəhbəri və Fransa nümayəndə heyəti Nəcəfül-Əşrəfdəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.

Fransa nümayəndə heyəti İmam Əlinin (ə) hərəmini ziyarət etdi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Deyerler.org-a istinadən xəbər verir ki, Vatikana bağlı olan Neynəva Arxiyepiskopluğunun nümayəndəsi Xur Asqif Çarbal İssunun başçılıq etdiyi heyyətin tərkibində, Parisdən gələn jurnalistlər də iştirak edib.

Qonaqlar İmam Əlinin (ə) mütəhhər hərəminin ictimaiyyətlə əlaqələr idarəsinin rəsmiləri tərəfindən qarşılanıb. Onlar fürsətdən istifadə edərək, İmam Əlinin (ə) mübarək hərəmini ziyarət ediblər, hərəmin genişləndirilməsi işlərinin həyata keçirildiyi ərazilərə baş çəkiblər.

"İmam Əlinin (ə) pak hərəmini ziyarət etmək bizim üçün böyük şərəfdir. Bura heç bir dini, məzhəbi ayrı-seçkilik edilməyən bir yerdir", - deyə Papa İssa bildirib.

captcha